Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ona qarşı həyata keçirilən revanşist addımlar qarşısında heç vaxt geri çəkilməyib -ŞƏRH

Azərbaycan ona qarşı həyata keçirilən revanşist addımlar qarşısında heç vaxt geri çəkilməyib -ŞƏRH

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini (AŞPA) qeyri-müəyyən müddətə dayandırması və təmsilçilərimizin bu addımı atmağa məcbur edilməsi ölkəmizdə, eləcə də regionda çox ciddi əks-səda yaradıb. Şübhəsiz ki, bu cür müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinə birbaşa təsir edir. Görünən budur ki, Avropa İttifaqına (Aİ) və Avropa Şurasına daxil olan, Ermənistanı müdafiə edən bir sıra dövlətlər İrəvanla bağlı planlarını yerinə yetirə bilmirlər. Azərbaycanın apardığı müstəqil siyasət bu planların yerinə yetirilməsinə ciddi maneə yaradır. Avropadakı revanşist qrupların məqsədi Ermənistanın mövqeyini müdafiə edərək onu mümkün təhlükələrdən qorumaqdır. Onlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını regionla bağlı planları üçün təhlükə hesab edirlər. Eyni zamanda, Ermənistanı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq üçün bir sıra layihələr həyata keçirirlər və bunlar da müəyyən nəticələr verir. Çünki Ermənistan ictimaiyyətində Rusiyanın rəhbərlik etdiyi bir sıra təşkilatlardan uzaqlaşmaq, ölkənin qərbyönümlü siyasət yürütməsinə dair fikirlər səsləndirilir. Bütün bu səylərə baxmayaraq Qərbin Ermənistanı regionun lider dövlətinə çevirmək planları baş tutmadı. Belə olduqda müxtəlif Avropa təsisatlarında Azərbaycana qarşı lokal siyasi hücumlar həyata keçirilməyə başlanıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.

Politoloq qeyd edib ki, Qərb Ermənistanı bu vaxta qədər mümkün təzyiqlərdən qoruya bilməyib. Çünki həmin dairələr Azərbaycana işğal altında olan torpaqlarını azad etməyə imkan verməyəcəkləri barədə Ermənistana vəd vermişdilər. Buna görə də ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövrdə münaqişənin həll edilməməsi üçün böyük səy göstərdi. Bu illər ərzində verdikləri vədlərlə münaqişənin həllinə müəyyən müddətdə mane olsalar da, Azərbaycan hansısa mərkəzlərin diktəsinə və təzyiqlərinə baxmayaraq 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını hərbi yolla azad etdi. 2023-cü ildə isə öz ərazi suverenliyini tam bərpa etdi.

Ə. İbrahimov Ermənistanın müharibədə məğlub olması ilə onun nüfuzunun itirilməsinə diqqət çəkib. O vurğulayıb ki, belə olan vəziyyətdə Qərb dairələri, Fransa və Avropa Şurası yenidən Ermənistana yardım göstərməyi və problemlərini həll etməyi qarşılarına məqsəd qoyublar.

“Azərbaycanın isə həm regionda, həm də qlobal miqyasda nüfuzu gündən-günə artmaqda davam edir. Ölkəmiz bütün təzyiqlərə baxmayaraq müstəqil siyasət yürüdərək torpaqlarımızı işğaldan azad edib və regional güc mərkəzinə çevrilib. Təbii ki, bu amillər radikal revanşist qrupları narahat etməkdə davam edir. Eyni zamanda, onlar hesab edirlər ki, Azərbaycan təkcə bu qalibiyyətlə kifayətlənməyəcək. Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi bundan ibarətdir ki, Ermənistandan qaçqın düşən əhali öz doğma yurd yerlərinə qayıtmalı və orada yaşamaq hüququ qazanmalıdır. Məhz Azərbaycanın bu mövqeyinə görə dövlətimizin daha da irəli gedərək həmin torpaqları da azad edəcəyini düşünürlər. Azərbaycan həmin torpaqları da azad etmək istəsə və Zəngəzur dəhlizi məsələsi reallaşsa, Qərb öz partnyoru hesab etdiyi Ermənistana yardım edə bilməyəcək.

Bundan əlavə, bir sıra regional məsələlərin həlli istiqamətində Azərbaycanın Rusiya ilə birgə əməkdaşlıq etməsi də Qərb dairələrini narahat edir. Həmin qüvvələr Ermənistanın Rusiyaya qarşı səsləndirdiyi iddiaların Azərbaycan tərəfindən də irəli sürülməsinə çalışırdılar. Azərbaycan isə yürütdüyü müstəqil siyasətlə öz maraqlarını bütün dövlətlərin maraqlarından üstün tutur. Ona görə də AŞPA-nın qış sessiyası öz işinə başlayan kimi ölkəmizə qarşı bir sıra radikal qruplar tərəfindən əsassız iddialar səsləndirildi və bununla da ölkəmizin qurumda səsvermə hüququnu əlindən almağa çalışdılar. Təbii ki, bütün bunların fonunda Azərbaycan nümayəndə heyəti bəyanatla çıxış edərək AŞPA-dakı fəaliyyətinə qeyri-müəyyən müddətə son qoydu. Biz ilk dəfə deyil ki, AŞPA-dan gələn bu cür təzyiqlərlə üz-üzə qalmışıq. Onlar nəzərə almalıdırlar ki, müxtəlif dövrlərdə Azərbaycan ona qarşı həyata keçirilən bu cür revanşist addımlar qarşısında geri çəkilməyib və öz haqqını sonadək müdafiə edib. Hesab edirəm ki, bu bizim növbəti sınağımızdır və dövlətimiz bu sınaqdan da uğurla çıxacaq”- deyə Ə.İbrahimov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI