AZƏRBAYCAN OVÇULARININ 12-Cİ QURULTAYI KEÇİRİLMİŞDİR
Cəmiyyətin sədri Ramazan İsmayılov qurultaylararası dövrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə danışaraq, “Ovçuluq haqqında” Qanunun qəbulundan, cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsindən sonra qurumun fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin baş verdiyini faktlarla diqqətə çatdırdı. İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirədə irəli sürülmüş mühüm müddəaların həyata keçirilməsi, ölkəmizin flora və faunasının mühafizəsi, brakonyerliklə mübarizə sahəsində qarşıda duran vəzifələr təhlil edildi.
Məruzədə qeyd edildi ki, respublikamızın 176,8 min hektar ümumi sahəsi olan ovçuluq təsərrüfatlarında 15.510 baş dırnaqlı, 68.720 baş xəzli heyvan, 4 milyon 380 minə qədər quş vardır. Onlardan maral, dağıstan turu, qarapaça, cüyür, porsuq, vəhşi pişik, dovdaq, qartal, kəklik, turac, qırqovul, bəzdək, faminqo, qamışquşu və başqa nadir növlərin baş sayının artırılması da cəmiyyət üzvlərinin ümdə vəzifələrindən biridir.
Təsərrüfathesablı təşkilat olan “Azərovçu”nun bank hesabına ötən qurultaydan indiyədək cəmi 126 min AZN üzvlük haqqının toplanması, bundan təqribən 2 dəfə çox borc qalığının yığıldığı bildirildi. 10 mindən çox üzvü olan cəmiyyətin sıralarına son illər 3 mindən çox gənc ovçunun da daxil olması ilə təşkilatın sıralarının xeyli genişləndiyi vurğulandı.
Məruzə və çıxışlarda problemlərdən də danışıldı, onların aradan qaldırılması ilə bağlı təkliflər səsləndi, bir sıra ovçuluq təsərrüfatlarında cəmiyyətin vəsaiti hesabına tikilmiş obyektlərin, alınmış inventar və avadanlığın qorunub saxlanması, onlardan səmərəli istifadə edilməsi, “Azərovçu”nun üzvlərinin hüquqlarından istifadə etməsi üçün lazımi tədbirlərin görülməsi və s. məsələlərə diqqət yetirildi.
Sonra cəmiyyətin rəhbər orqanları seçildi. Təşkilati məsələyə baxıldı və Ramazan İsmayılov yenidən cəmiyyətin sədri seçildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [21:20]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:39]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [20:33]
Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
- 14.10.2026 [20:30]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:22]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [20:20]
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
- 14.10.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [20:00]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [19:57]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [19:41]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [19:24]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [19:04]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [19:03]
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [19:02]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:58]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:56]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [18:55]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [18:44]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:35]
Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir
- 14.10.2026 [18:30]
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
- 14.10.2026 [18:20]
Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ
- 14.10.2026 [18:16]
® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 14.10.2026 [18:16]
ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib
- 14.10.2026 [18:12]
Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 14.10.2026 [18:07]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [18:00]
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:59]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [17:52]