Azərbaycan-Pakistan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.