Azərbaycan Premyer Liqası: "Qarabağ" növbəti qələbəsini qazanıb
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında "Qarabağ" klubu "Səbail" komandasını qəbul edib. "Azersun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab erkən qolla açılıb. Üçüncü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. Matçın 53-cü dəqiqəsində Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. Üç dəqiqə sonra yenidən fərqlənən Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. Qarşılaşmanın 62-ci dəqiqəsində "dənizçilər" hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. Görüşün 86-cı dəqiqəsində rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib - 5:1.
Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qalıb.
Günün ikinci matçında "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq.
Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]