Azərbaycan Premyer Liqası: "Qəbələ" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib
Bakı , 17 fevral, AZƏRTAC
Fevralın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 39-cu dəqiqəsində Alexandr Dedov “Zirə”ni hesabda önə çıxarıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Matçın 55-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Stiven Monroz hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ” ikinci topu qonaqların qapısından keçirib. Baqali Dabo adını tabloya yazdırıb - 2:1.
Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Qəbələ” 35 xalla ikinci pillədə yerini möhkəmləndirib. “Zirə” klubu isə 31 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]