Azərbaycan Premyer Liqası: "Qəbələ"nin qələbə həsrəti 6 oyundan sonra başa çatdı
Bakı, 18 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb.
Meydan sahiblərinin qollarını 45-ci dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə “Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi avtoqola imza atıb.
Beləliklə, bu görüşdən sonra xallarının sayını 31-ə çatdıran “Qəbələ" beşinci pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.
Günün ikinci oyununda “Neftçi” komandası "Bakcell Arena"da "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, Turun “Zirə” - “Qarabağ” və “Sabah” - “Turan Tovuz” matçları fevralın 19-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]