Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 4 qol vurulub
Bakı, 26 yanvar, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyunu “Turan Tovuz” və “Səbail” komandaları arasında keçirilib. Tovuz şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 24-cü dəqiqədə Ayxan Quseynov açıb. Luis Paçu 73-cü dəqiqədə ikinci topu paytaxt klubunun qapısından keçirib. Qonaqlar 81-ci dəqiqədə Pedro Nunu ilə fərqi minimuma endirsələr də, Paçu 5 dəqiqə sonra özünün ikinci, komandasının isə üçüncü qoluna imza ataraq yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra Tovuz təmsilçisi 25 xalla 6-cı pilləyə yüksəlib. “Səbail” isə 27 xalla 5-ci yerdə qalıb.
Qeyd edək ki, turun növbəti oyunlarında “Kəpəz” “Qarabağ”ı, “Zirə” “Sabah”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]