Azərbaycan Premyer Liqası: XX tura Tovuzda start verilir
Bakı, 26 yanvar, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Hazırda 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Turan Tovuz” doğma meydanda 27 xalla 5-ci sırada yer alan “Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 15:00-da başlayacaq.
İki komanda indiyədək ölkə çempionatında 6 dəfə üz-üzə gəlib. Bunların 1-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “dənizçilər”in üstünlüyü var - 10:8.
“Səbail” 5 görüşdür rəqibinə uduzmur. “Turan Tovuz” bütün matçlarda qol vurub.
Qeyd edək ki, turun “Kəpəz” - “Qarabağ” və “Zirə” - “Sabah” oyunları yanvarın 27-də, “Araz-Naxçıvan” - “Sumqayıt” və “Neftçi”- “Qəbələ” matçları isə yanvarın 28-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XX
26 yanvar (cümə)
15:00. “Turan Tovuz” - “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu.