Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli məlum olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Misli Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, ilk qarşılaşma noyabrın 4-də “Turan Tovuz” “Şamaxı” komandaları arasında Tovuz şəhər stadionunda olacaq.
Noyabrın 5-də “Qəbələ” komandası “Zirə”ni öz stadionunda qəbul edəcək. Həmin gün “Kapital Bank Arena”da “Sumqayıt” - “Neftçi” matçı baş tutacaq.
Noyabrın 6-da isə “ASCO Arena”da “Səbail” - “Sabah”, Tofiq Bəhramov adına Respublika Stadionunda isə “Qarabağ” - “Kəpəz” görüşləri təşkil olunacaq.
Qeyd edək ki, “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]