Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da baş tutan matçda meydan sahiblərinin çoxsaylı hücumlarına baxmayaraq hesab açılmayıb.
Ötən tur çempionluğunu rəsmiləşdirən "köhlən atlar" bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb.
Günün ilk oyununda "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]