AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AĞDAM VƏ AĞCABƏDİ RAYONLARINDA OLMUŞDUR
![]() |
![]() |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam və Ağcabədi rayonlarında olmuşdur.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Sonra Heydər Əliyev Muzeyinin açılışı oldu. Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində iştirak edən Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi, idman qurğusu ilə tanış oldu.
Olimpiya kompleksinin açılışına həsr olunmuş mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev, yunan-roma güləşi üzrə Azərbaycan
yığma komandasının baş məşqçisi Elçin Cəfərov çıxış etdilər.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev həmin gün Ağdam rayonu ərazisində cəhbə xəttində də oldu, əsgərlərlə görüşdü.
Prezident İlham Əliyev yanvarın 17-də Ağdam rayonuna səfərini başa çatdıraraq, Ağcabədi rayonuna gəldi.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoydu.
Həmin gün Ağcabədi şəhərinə təbii qazın verilməsi münasibətilə mərasim keçirildi. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, rayon ağsaqqalı Aqil Muradov çıxış etdilər.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Dövlətimizin başçısı Heydər Əliyev muzeyinin və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış binasının açılış mərasimlərində də iştirak etdi.

