RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisini qəbul etmişdir VİDEO

Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.