AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PEKİN OLİMPİADASINDA CÜDOÇULARIN MÜKAFATLANDIRILMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 11-də Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının 73 kiloqram çəki dərəcəsində cüdo yarışlarında medallar qazanmış idmançıların təntənəli mükafatlandırılma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev həmin yarışı izləmiş və mükafatlandırma mərasimində iştirak etmişdir.
Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Reynaldo Qonzales Lopes Olimpiya oyunlarının 73 kiloqram çəki dərəcəsində cüdo yarışlarının qalibi, Azərbaycan cüdoçusu Elnur Məmmədliyə, habelə 2-ci və 3-cü yeri tutmuş idmançılara medalları təqdim etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev idmançılara gül dəstələri təqdim edərək, təbriklərini bildirmişdir.
Elnur Məmmədlinin şərəfinə Azərbaycanın Dövlət bayrağı qaldırılmış və ölkəmizin himni səslənmişdir.
Xatırladaq ki, Azərbaycan idmançısı keçirdiyi beş görüşün hamısında təmiz qələbə qazanmışdır.
######
![]() |
![]() |
![]() |


