AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN “BİRİNCİ KANAL” TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Prezident sarayında Rusiyanın “Birinci kanal” televiziyasının müxbirinə müsahibə vermişdir.
Prezident İlham Əliyev Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, ölkədəki sabitlik, qarşıdakı parlament seçkiləri, regionlarda həyata keçirilən tədbirlər və digər məsələlər barədə suallara ətraflı cavab vermişdir.