AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Prezident sarayında Türkiyə jurnalistlərinə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətləri, ölkəmizdə demokratikləşmə prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, birgə layihələr, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və digər məsələlər barədə suallara ətraflı cavab vermişdir.