RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN “PANORAMA REPORTS” AGENTLİYİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Prezident sarayında Yaponiyanın “Panorama Reports” agentliyinin layihə direktoru xanım Sepide Razmkhaha və müxbiri Andreas Samuelssona müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Yaponiya münasibətləri, ölkələrimiz arasında qeyri-neft sektorunda əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri və digər məsələlərlə bağlı suallara cavab vermişdir.