AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTAN PARLAMENTİNİN SƏDRİ DİMİTRİS SİUFASLA GÖRÜŞMÜŞDÜR
Afina, 17 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan parlamentinin - Deputatlar Palatasının sədri Dimitris Siufas ilə görüşmüşdür.
Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunan görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı və bu sahədəki əməkdaşlığın qarşılıqlı münasibətlərə töhfə verdiyi bildirildi.
Yunanıstan parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyevi parlamentin qızıl medalı ilə təltif etdi.
######
![]() |
![]() |

