Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Baş nazir,

hörmətli qonaqlar,

xanımlar və cənablar!

İlk növbədə, hörmətli Baş nazir, əziz qardaşım, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz!

Bu gün biz Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektlərini geniş müzakirə etdik. Bildiyiniz kimi, bizim aramızda əlaqələr çox sürətlə inkişaf edir və deyə bilərəm ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir. Bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm mədəni sahələrdə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi güclənir və həm ölkələrimiz, xalqlarımız üçün, həm də ki, yaşadığımız bölgə üçün də çox müsbət nəticələr gətirir.

Biz çalışacağıq ki, gələcəkdə də bütün başlanan layihələr icra olunsun və bizim tərəfimizdən irəli sürülən birgə təşəbbüslər tezliklə həyata keçirilsin. Bildiyiniz kimi, bizim aramızda çoxlu sayda iqtisadi, nəqliyyat, enerji layihələri var və bütün bu layihələr həm ölkələrimizi gücləndirir, həm də bölgəyə əməkdaşlıq, bölgəyə sabitlik gətirir. Türkiyə-Azərbaycan əməkdaşlığı amili bölgədə sabitliyin, əmin-amanlığın, sülhün bərqərar olunması üçün çox mühüm rol oynayır.

Bütövlükdə, bütün müstəqillik dövrü ərzində Azərbaycan Türkiyə ilə münasibətlərdə ən səmimi addımlarla öz niyyətini ifadə etmişdir və Türkiyə tərəfindən biz daim dəstək, qardaşlıq, dostluq görmüşük. Bu gün bu münasibətlər bizə imkan verir ki, əməkdaşlığımızın bütün formatlarını daha da genişləndirək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr onu göstərir, bizim iradəmiz ona gətirib çıxarır ki, hətta bəzilərinin inanmadıqları layihələr bizim təşəbbüsümüzlə, bizim təkidimizlə uğurla icra edilir.

Əlbəttə ki, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi məsələləri bu gün diqqət mərkəzindədir və bizim danışıqlarımızın mövzusu idi. Başqa məsələlərlə də bağlı fikir mübadiləsi aparılmışdır.

Əlbəttə, bölgədə gedən məsələlər, proseslər bizi çox narahat edir. Gürcüstanda yaşanan olaylar müzakirə edildi. Biz çox istəyirik ki, tezliklə Gürcüstanda həyat normal məcraya düşsün, sabitlik bərqərar olunsun və qarşıdurmaya son qoyulsun.

Bildiyiniz kimi, Rusiya və Gürcüstan Azərbaycanın qonşularıdır. Hər iki ölkə ilə bizim sərhədimiz var. Hər iki ölkə ilə bizim dostluq münasibətlərimiz var və biz çox istəyirik ki, dostlarımız öz aralarında da dost olsunlar. Bu baxımdan, əminəm ki, Türkiyə-Azərbaycan münasibətlərinin və təşəbbüslərinin mövcudluğu gələcəkdə bölgədə əməkdaşlığın, sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Biz istəyirik ki, bütün başlanan layihələr bölgəyə əlavə əməkdaşlıq əhval-ruhiyyəsi gətirsin və bizim tərəfimizdən atılmış bütün addımlar, irəli sürülmüş bütün planlar məhz o məqsədi daşıyır: həm bizim ölkələrimizin, xalqlarımızın mənafeyi və rifah halının yaxşılaşması, eyni zamanda, sabitliyin, təhlükəsizliyin təmin olunması. Son günlərdə yaşanan hadisələr onu göstərir ki, bölgə nə dərəcədə sabitliyə həssasdır. Biz birgə səylərlə, geniş formatda öz addımlarımızla bölgədə vəziyyətin sabitləşməsinə çalışmalıyıq və bunu edirik. Mövcud olan bütün layihələrin uğurla icra olunması bölgənin sabitliyi üçün başlıca şərtdir.

Gürcüstanda yaşanan hadisələr nəticəsində, əlbəttə, hər bir ölkənin iqtisadi maraqları da zərbə altına düşür. Son məlumata görə, Azərbaycanın ixrac potensialına müəyyən dərəcədə zərbə dəymişdir. Bizim nəqliyyat imkanlarımız məhdudlaşdırılıbdır. Bildiyiniz kimi, Gürcüstanda körpünün partlaması nəticəsində Azərbaycanın ixracının həcmi böyük dərəcədə azalıbdır. Əlbəttə, istəyirik ki, bizim qonşuluğumuzda vəziyyət sabitləşsin və məsələ sülh yolu ilə öz həllini tapsın.

Eyni zamanda, şübhəsiz ki, bütün beynəlxalq hüquq normaları da öz yerini tapmalıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və biz hesab edirik ki, danışıqlar yolu ilə, sülh yolu ilə və beynəlxalq hüquq əsasında bütün münaqişələr öz həllini tapa bilər.

Əlbəttə ki, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılmış addımları da müzakirə etmişik. Bir daha demək istəyirəm ki, həmişə olduğu kimi, Türkiyənin mövqeyi bu gün də səsləndi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın haqlı olduğunu bildirir. Bütün başqa münaqişələrlə birlikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir.

Eyni zamanda, biz bu gün bütün başqa məsələləri də geniş şəkildə müzakirə etdik. Bizim gündəliyimiz çox böyükdür, gündəliyimizdə çoxlu məsələlər dayanır. Bizim artan siyasi və iqtisadi potensialımız, gücümüz, əlbəttə ki, bölgədə mövqelərimizi möhkəmləndirir. Türkiyə və Azərbaycanın mövqeləri nə qədər möhkəm olsa, bölgədə sabitlik də bir o qədər möhkəm olacaqdır.

Mən bir daha əziz dostum, qardaşımı, hörmətli Baş naziri Azərbaycanda salamlayıram, bütün qonaqları salamlayıram, bütün türk xalqına xoşbəxtlik, cansağlığı arzulayıram.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək