Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVIN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVIN ÇIXIŞI

- Hörmətli cənab Prezident,

hörmətli cənab Baş nazir,

xanımlar və cənablar!

İlk növbədə, Yunanıstana dövlət səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş səmimi qonaqpərvərliyə görə cənab Prezidentə və cənab Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm. Səfər çox uğurlu olmuşdur. Bu forum səfərimin rəsmi proqramında nəzərdə tutulmuş sonuncu tədbirdir. Əminəm ki, ölkələrimizin işgüzar dairələri arasında görüş Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrini gücləndirəcəkdir. İnanıram ki, səfərin nəticələri yaxın vaxtlarda hiss olunacaqdır. İmzaladığımız sazişlər və bir çox məsələlər ətrafında apardığımız danışıqlar ölkələrimiz arasında anlaşmanı daha da möhkəmləndirəcək və hüquqi çərçivəni artıq genişləndirmişdir. Əminəm ki, bütün bunlar gələcəkdə bizə ümumi məqsədlərə doğru irəliləməkdə imkan yaradacaqdır.

Yunanıstan ilə Azərbaycan arasında olduqca yüksək səviyyəli siyasi münasibətlər var. Mənim ölkənizə səfərim bu əlaqələri birmənalı şəkildə gücləndirəcəkdir. Biz ölkələrimiz arasında daha sıx iqtisadi əlaqələrin olmasına çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün hələ də çox işlər görməliyik və bu ticarətin strukturu üzərində çalışmalıyıq. Bu sahədə enerji komponenti əsas yer tutur. Təbii ki, bu, müsbət haldır. Lakin əminəm ki, iqtisadiyyatlarımızın qeyri-enerji sektorunda biznes qurmaq, birgə layihələrdə iştirak etmək, qarşılıqlı sərmayə imkanlarını araşdırmaq üçün böyük imkanlar vardır. Zənnimcə, Yunanıstan ilə Azərbaycan arasındakı güclü ikitərəfli əlaqələri nəzərə alaraq, işgüzar dairələr bu fürsətdən istifadə edəcək, birbaşa təmaslar quracaqlar.

Ümidvarıq ki, hazırkı biznes forumunun keçirilməsi nəticəsində yeni müqavilələr yaranacaq, yeni təmaslar və əlaqələr qurulacaqdır. Bütün bunlar isə, öz növbəsində, ikitərəfli əlaqələrimizdə yeni istiqamətlərin müəyyən edilməsinə kömək göstərəcəkdir. Bir sözlə, insanlar arasında təmaslar çox vacibdir. Biz yunan tərəfdaşlarımıza maksimum münasib şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik.

Müstəqil dövlət kimi Azərbaycan nisbətən gəncdir. Müstəqillik tariximiz 17 ildən bir az artıqdır. Biz öz taleyimizi və atacağımız addımları özümüz həll edirik. Həmin müddət ərzində biz böyük tarixi keçid yolunu keçmişik. Azərbaycan 1991-ci ildə müstəqilliyini qazananda özəl sektorda ÜDM-in həcmi sıfır faiz idi. Hər şey dövlətə məxsus idi. İndi isə ÜDM-in 85 faizi özəl sektorumuz tərəfindən təmin edilir. Biz çox ciddi iqtisadi islahatlar, olduqca liberal iqtisadi siyasət, açıq qapı siyasəti həyata keçiririk. Bu siyasət birbaşa xarici sərmayələrə təkan verir. Fərəh hissi ilə bildirirəm ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş SSRİ ölkələri arasında birinci yeri tutur. Dünyanın müxtəlif yerlərindən olduqca geniş tərəfdaşlar şəbəkəsinə malikik. Təbii ki, sərmayələr təkcə enerji sektoruna yatırılmır, halbuki bu, ən əsas cəlbedici sahə idi. Lakin hazırda Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi ilə qeyri-enerji sektorunda da daha çox imkanlar açılır. İqtisadi islahatların aparılması ölkəmizi möhkəmləndirir. Azərbaycan özünü təmin edən ölkədir. Təbii sərvətlər çoxdur. Lakin biz həmin təbii sərvətləri insan kapitalına çeviririk. Səhiyyədə və humanitar sahələrdə, sosial problemlərin həllində bir çox işlər görülmüşdür.

İqtisadi siyasətimiz Dünya Bankının diqqətini cəlb etmişdir və Azərbaycan həmin bankın “Doing Business-2008” hesabatında dünyanın bir nömrəli islahatçı ölkəsi elan olunmuşdur. Bu qiymət bizim siyasətimizi və məqsədlərimizi açıq şəkildə nümayiş etdirir. Son beş ildə iqtisadiyyatımız dünyada ən böyük sürətlə inkişaf etmiş, həmin dövrdə Azərbaycanın ÜDM-i 2,6 dəfə artmışdır. Sənaye istehsalı da, demək olar ki, eyni səviyyədə artmış, büdcə gəlirləri 12 dəfə çoxalmışdır. Bir çox infrastruktur və sosial proqramlar həyata keçirilmək üzrədir. Coğrafi mövqeyimizdən yararlanaraq, biz nəqliyyat infrastrukturuna çox sərmayə yatırmışıq və nəqliyyat qovşağına çevrilmək üçün bir çox işlər görmüşük. Hazırda Azərbaycan vasitəsilə Avropanı Asiya ilə birləşdirəcək dəmir yolu xətti üzərində çalışırıq. Ümid edirik ki, bir neçə ildən sonra bu yol artıq istismara veriləcəkdir.

Təbii ki, ölkəmizin apardığı enerji siyasəti diqqət mərkəzində olmuşdur, çünki hazırda enerji məsələlərinin əhəmiyyəti, - xüsusən də, Avropa üçün, - get-gedə artır. Biz planlaşdırdığımız məqsədlərə nail olmuşuq. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edəndə keçmiş SSRİ-də ən ağır iqtisadi vəziyyət bizdə idi. Sənaye istehsalı, o cümlədən neft və qaz hasilatı sürətlə azalırdı. Azərbaycan təbii qaz idxal edən ölkəyə çevrilmişdi. Biz hər şeyi sıfırdan başlamalı idik. Sovet İttifaqının çox aqressiv enerji siyasəti nəticəsində ətraf mühitə çox böyük ziyan dəymişdi. Son illər ərzində ölkədə neft hasilatını 5 dəfədən çox artıra bildik. Hazırda hasilatın gündəlik həcmi təxminən 1 milyon barreldir və bu səviyyə ölkə iqtisadiyyatı və daxildə sərmayə yatırımları üçün kifayətdir. Son iki il ərzində biz qaz ixrac edən ölkəyə çevrildik. 2007-ci ilə qədər biz təbii qazı idxal edirdik. Bu nailiyyət nəinki bizim üçün, o cümlədən tərəfdaşlarımız üçün mühümdür.

Bu gün, ixrac əməliyyatlarımız bir neçə ölkəni əhatə edir. Azərbaycan qazı artıq Avropa İttifaqının bazarına daxil olur. Dünən və bu gün apardığımız müzakirələrin mövzularından biri də bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli səviyyədə genişləndirilməsi ilə bağlı idi. Yaxşı imkanlar var. Ümumi əsaslar və maraqlar mövcuddur. Biz nəqletmə imkanlarımızı mümkün qədər geniş şəkildə şaxələndirməliyik. İndi bizim karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən yeddi neft və qaz boru kəmərimiz var. Biz yalnız bir nəql marşrutundan asılı deyilik. Bunun özü böyük nailiyyətdir. İstərdik ki, bizim istehlakçılarımız arasında daha çox ölkə olsun. Bu sahədə Azərbaycan Yunanıstanla artıq yaxşı əməkdaşlıq edir. Əminəm ki, səfərdən sonra görüləcək işlər uzunmüddətli, qarşılıqlı surətdə faydalı və hər iki tərəfin maraqlarına cavab verəcək razılaşmanın əldə olunması ilə nəticələnəcəkdir. Enerji təhlükəsizliyi xarici təchizatdan asılı olan istehlakçılar üçün vacibdir. Enerjidaşıyıcıların nəqli yollarının şaxələndirilməsi isə hasilatçılar və istehlakçılar üçün əhəmiyyətlidir. İstehlakçılar bir mənbədən asılı olmaq istəmirlər, hasilatçılar isə bir marşrutdan asılı olmaq arzusunda deyillər. Belə olmasa, mövqelərimiz zəifləyə bilər. Burada maraqlar üst-üstə düşür. Biz yalnız ümumi maraqlar əsasında irəliyə doğru gedə bilərik.

Bir daha demək istəyirəm ki, ölkələrimiz arasında çox yüksək səviyyəli münasibətlər vardır. Həmin əlaqələrə müxtəlif komponentlərin əlavə edilməsi məqsədi ilə biz mümkün olan bütün işləri görməliyik. Enerji siyasəti və bu sahədə əməkdaşlıq həmin işlərdən biridir. Mən son iki gün ərzində apardığım müzakirələrdən çox razıyam. Bundan əlavə, biz qeyri-neft sahəsində mümkün olan işləri həyata keçirmək üzərində düşünməliyik. Azərbaycandakı biznes imkanları öyrənilməlidir: hansı baxımdan biz cəlbedici ola bilərik? Qaydalar hansılardır? Vergilər və sərmayə mühiti necədir? Əməkdaşlığın gələcək sahələri hansılardır? Əminəm bütün bunlar biznes forumunda müzakirə olunacaq və Yunanıstan-Azərbaycan birgə iqtisadi komissiyasının ümumi səyləri, aparıcı rolu və əlaqələndirməsi ilə biz bu sahədə yaxşı nəticələr əldə edə bilərik.

Bir sözlə, səfərimin nəticələrini yekunlaşdıraraq, bir daha bildirmək istəyirəm ki, mən bu nəticələrdən çox razıyam. İki gün ərzində mənə göstərilmiş qonaqpərvərliyə görə çox minnətdaram. Hüquqi bazamızı genişləndirdik, ölkələrimiz arasında münasibətlər daha sıx olur. Regional vəziyyət və bizi narahat edən məsələlərlə bağlı fikirlərimizi açıq şəkildə bildirdik. Region ölkələri səylər göstərir. Lakin planlaşdırdığımız bütün işlərə nail olmaq üçün Cənubi Qafqaz regionunda sabitlik olmalıdır. Sabitlik və təhlükəsizlik hər bir inkişaf üçün ən vacib ilkin şərtdir. Ölkədə sabitlik olmayanda nə sərmayələr, nə irəliləyiş, nə də ki, etimad olur. Eyni sözləri regiona da aid etmək olar. Əgər regional təhlükəsizlik yüz faiz təmin olunmursa, onda daha çox risklər və potensial təhlükələr yaranır.

Əfsuslar olsun ki, Azərbaycan mövcud və potensial təhlükələrin olduğu regionda yerləşir. Onlardan biri yaxşı məlum olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi təxminən 20 ildir davam edir. Bu iyirmi il ərzində torpaqlarımız işğal altındadır. Ermənistanın silahlı qüvvələri ərazimizin iyirmi faizini zəbt edib və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıbdır. Bunun nəticəsində 1 milyon soydaşımız öz doğma torpaqlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıblar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş torpaqlarında yoxlama aparmış, öz hesabatında aydın şəkildə bildirmişdir ki, hər şey - bütün binalar, məktəblər, səhiyyə ocaqları, zavodlar, məscidlər, qəbiristanlıqlar yerlə-yeksan edilibdir. Bunlar Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzün nəticələridir. Eyni zamanda, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi var. Lakin onlar yerinə yetirilməyibdir. ATƏT, digər beynəlxalq təşkilatlar da işğala son qoymağa çağıran qərarlar qəbul etmişdir. Biz torpaqlarımızın azad olunmasını tələb edirik. Heç bir başqa, qeyri-adi tələbimiz yoxdur. Yəni beynəlxalq hüququn normaları və prinsiplərinə əməl olunmalı, erməni işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalı və qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıtmaq imkanına malik olmalıdırlar. Bu, hər bir şəxsin fundamental hüququdur. Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində etnik təmizləmə siyasətinin aparılması bir milyon azərbaycanlının ən adi insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bunları ona görə deyirəm ki, həmin münaqişə regional təhlükəsizliyə daim təhlükə mənbəyidir. Bu təhlükə bütün planlarımıza mənfi təsir göstərə bilər. Mürəkkəb regional vəziyyətə baxmayaraq, indiyə qədər biz enerji layihələrimizin hamısını həyata keçirə bildik. Lakin gələcəkdə Azərbaycandan və ya digər ölkələrdən başlayan və bizim ərazimizdən keçən uzunmüddətli sabit enerji dəhlizinə nail olmaq üçün bütün regional münaqişələr həll olunmalıdır. Buna aparan yeganə yol beynəlxalq hüquq normalarına hörmətlə yanaşmadır.

Görürəm ki, ölkələrimizin biznes icmaları bir-biri ilə işləməyə hazırdırlar. Burada çoxlu sayda Azərbaycan və yunan şirkətlərinin təmsil olunması bu məramın bariz nümunəsidir. Yunanıstan Prezidenti və Baş nazirinin bir tərəfdən, Azərbaycan Prezidentinin digər tərəfdən bu tədbirdə iştirakı işlərin nə dərəcədə əhəmiyyətli olmasını nümayiş etdirir. Biz enerji, təhlükəsizlik, müxtəlif ikitərəfli məsələlər sahəsində, hətta biznes dairələri arasında təmas olmasa belə, uğurla əməkdaşlıq edə bilərik. Lakin onların təmaslarının olması iqtisadiyyatlarımız və ölkələrimizin gələcəyi üçün vacibdir.

Mən çox səmimi qonaqpərvərliyə görə bizi qəbul edən tərəfə bir daha təşəkkürümü bildirir, Yunanıstana və yunan xalqına uğurlar və rifah arzulayıram.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 86 dollara satılır

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb