Azərbaycan Prezidenti İlham Əliyevin əfv Sərəncamı böyük sosial mahiyyətə malikdir
Bakı, 27 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 87 məhkumun əfv olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanmışdır. Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva demişdir.
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın böyük sosial mahiyyət kəsb etdiyini vurğulayan S.Vəliyeva bildirmişdir ki, dövlətimizin başçısının bu Sərəncamı məhkumluq həyatı yaşamış insanların cəmiyyətə qaytarılması üçün bir şansdır. Deputat demişdir: “Bu Sərəncam insanların cinayətdən uzaqlaşması və cəmiyyətin inkişafı naminə səylərini yenidən səfərbər etməsinə təkan verəcəkdir. Əminik ki, azadlığa buraxılmış insanlar bu etimadı doğruldacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]