AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC-ın müxbiri xəbər verir verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Gəncə şəhərinə səfərə gəlmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək, ulu öndərin abidəsini ziyarət etdilər gül dəstələri qoydular.
Prezident İlham Əliyev meydanda aparılacaq yenidənqurma işləri ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini söylədi.
Sonra dövlətimizin başçısı şəhər icra hakimiyyətinin binasında aparılan təmir işləri ilə maraqlandı, iş otaqlarına və akt salonuna baxdı.
######
![]() |
![]() |
![]() |
![]() |



