Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz xanımlar və cənablar!

Əziz dostlar!

Mən hər şeydən əvvəl istərdim ki, bugünkü görüşə gəldiyinizə görə sizə minnətdarlığımı bildirim. Dünəndən etibarən mənim Brüsseldə Avropa Birliyi rəsmiləri ilə çox faydalı görüşlərim olubdur. Bu görüşlərin böyük əhəmiyyəti var, çünki bizim Avropa Birliyi ilə münasibətlərimiz uğurla inkişaf edir. Azərbaycan Avropa strukturlarına inteqrasiya siyasətinə möhkəm sadiqdir. Mənim Avropa Birliyinə səfərim bu siyasəti bir daha təsdiq edir. Bu, bizim strateji seçimimizdir. Azərbaycan bu seçimi 10 il əvvəl edibdir. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik qazandıqdan sonra, əlbəttə ki, ölkənin qarşısında müxtəlif imkanlar var idi və seçim imkanları da çox idi. Amma bizim ölkənin, Azərbaycanın lideri Heydər Əliyevin siyasəti Avropa ailəsinə inteqrasiya siyasəti idi. Dünya iqtisadiyyatına inteqrasiya siyasəti idi. O zamandan indiyədək ölkəmiz nəzərəçarpacaq dərəcədə tərəqqi əldə edibdir.

Sovet İttifaqı dağılan zaman Azərbaycan digər respublikalarla müqayisədə ən pis vəziyyətdə idi. Tam siyasi, iqtisadi və hərbi böhran vətəndaş müharibəsi və Ermənistanın hərbi təcavüzü ilə müşayiət olunurdu. Bütün bu hallar Azərbaycanı uçurum kənarına gətirib çıxarmışdı. Bir neçə il lazım oldu ki, vəziyyəti sabitləşdirə bilək. Düşmənçiliyə, vətəndaş müharibəsinə son qoyaq, Ermənistanla atəşkəsə nail olaq və iqtisadiyyatımızı inkişaf etdirməyə başlayaq.

Bu gün Azərbaycanın regiondakı mövqeyinə baxsaq, qonşuları ilə müqayisə etsək görərik ki, iqtisadi baxımdan ölkəmiz böyük tərəqqiyə nail olubdur. Bu baxımdan lider mövqeyindədir. 1996-cı ildən illik ümumi daxili məhsul orta hesabla 10 faizədək artmışdır. Son 7 il müddətində ümumi daxili məhsulun həcmi 90 faiz artmışdır. Azərbaycan adambaşına xarici sərmayə cəlb edilməsi baxımından keçmiş SSRİ ölkələri içərisində aparıcı mövqedədir. Ölkədə yaxşı sərmayə mühiti yaranmışdır. Bu da iri xarici transmilli şirkətlərin Azərbaycanda özlərini çox rahat hiss etmələrinə imkan verir. Son 7 ildə Azərbaycan iqtisadiyyatına 17 milyard dollar vəsait qoyulmuşdur. Əlbəttə, bu rəqəmi daha da artırmaq fikrindəyik. Artıq imzalanmış müqavilələr də, yerinə yetiriləcək layihələr də göstərir ki, növbəti üç ildə daha 10 milyard dollar vəsait yatırılacaqdır. Əlbəttə ki, xarici sərmayəçilər vəsaitlərinin qorunacağına, ölkədəki sabitlik və təhlükəsizliyə arxayın olmasaydılar, bəlkə də, Azərbaycana gəlib-gəlməməyi çox ölçüb-biçərdilər. İctimai-siyasi sabitlik, təhlükəsizlik uğurlu iqtisadi siyasətin ən başlıca elementlərindəndir.

Azərbaycan regionda ən sabit ölkələrdəndir. Bu da ölkəmizə iqtisadi islahatları həyata keçirməyə imkan verir. Bəzən islahatları həyata keçirərkən çətinliklərlə üzləşirik, amma Azərbaycan iqtisadi islahatlar keçirmək qətiyyətində israrlıdır. Ölkəmizdə irimiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir. Artıq torpağın özəlləşdirilməsi proqramı tamamlanmışdır. İndi ölkəmiz Avropa ailəsinə daha çox inteqrasiya etməkdən ötrü Avropa məkanının meyarlarına cavab vermək üçün çalışır. Siyasi vəziyyət də müsbət xarakter daşıyır. Ötən ilin oktyabrında keçirilən Prezident seçkiləri göstərdi ki, Azərbaycan xalqı tərəqqi, sabitlik olmasını, hadisələrin inkişafının əvvəlcədən görünə biləcəyi şəraitdə yaşamağını istəyir.

Azərbaycan xalqı sülh şəraitində yaşamaq istəyir. Təəssüf ki, Azərbaycan Sovet İttifaqı dağıldıqdan sonra təcavüzə məruz qalmış ölkədir. Azərbaycanın əraziləri Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində bizim ölkədə bir milyondan artıq qaçqın və köçkün var. Azərbaycan əhalinin sayına nisbətdə dünyada ən çox qaçqını olan ölkədir. Səkkiz milyon əhalinin bir milyonunun belə vəziyyətdə olması, əlbəttə, həm böyük siyasi, həm də iqtisadi problemdir. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında gedən danışıqlar hələ heç bir nəticə vermir. Amma son vaxtlar beynəlxalq birlik bu mövzuya daha çox diqqət yetirir. Biz ümid edirik ki, məsələyə beynəlxalq birliyin qatılması ilə həll yolu tapıla bilər. Amma əlbəttə, həll yolu yalnız beynəlxalq hüququn normalarına əsaslana bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın silahlı qüvvələri işğal edilmiş ərazilərdən geri çəkilməlidir ki, qaçqınlar doğma yurdlarına qayıda bilsinlər.

Ermənistan yalnız Dağlıq Qarabağı yox, həm də Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan 7 digər rayonu da işğal etmişdir. O ərazilər ki, keçmişdə ermənilər heç zaman orada yaşamayıblar. Həmin ərazilərdə yaşamış 700 min azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində ölkə daxilində məcburi köçkünə çevrilmişdir. Üstəgəl, 250 mindən çox azərbaycanlı - əvvəllər Ermənistan ərazisində yaşamış azərbaycanlılar qaçqın olmuşlar. Ermənistanın mövqeyi beynəlxalq hüququn qanunlarına tam ziddir.

Biz bu gün XXI əsrdə yaşayırıq. Bu gün təcavüzkar separatizm siyasəti qəbulolunmazdır. Bu gün Avropanın birləşdiyi vaxtda, qloballaşma və inteqrasiya prosesinin dünyada vüsət aldığı bir vaxtda bir ölkənin digər ölkənin ərazisini işğal etməsi faktı və həmin ərazini 10 ildən çox işğal altında saxlaması, ordusunu geri çəkmək istəməməsi, əlbəttə, narahatlıq doğurmaya bilməz. Biz ümid edirik ki, Avropa Birliyi və digər təşkilatlar və əlbəttə, məsələnin həlli ilə bağlı mandatı olan ATƏT daha fəal rol oynayacaq, azərbaycanlı qaçqınların daimi yaşadığı ərazilərə qayıtmalarına çalışacaqlar.

Hazırda Dağlıq Qarabağın özünün ərazisi regional sabitlik üçün təhlükə doğurur. Çünki bu, tamamilə nəzarətsiz zonadır. Burada beynəlxalq monitorinq keçirilmir, beynəlxalq nəzarət yoxdur və bizdə təsdiqini tapmış məlumat vardır ki, həmin ərazidə qeyri-qanuni fəaliyyət həyata keçirilir. Ona görə də münaqişə nə qədər tez həll edilərsə, bütün region üçün bir o qədər yaxşı olar. Çünki bu, həqiqi mənada, daha geniş regional təhlükəsizlik məsələsidir.

İndi regional əməkdaşlıq inkişafdadır. Azərbaycan regional əməkdaşlığın fəal hissəsidir. Azərbaycan Xəzər dənizinin neft və qazının beynəlxalq bazarlara daşınması layihələrində vacib rol oynayan tərəfdir. Son on ildə Azərbaycanda həyata keçirilən neft siyasəti Xəzər dənizindən Aralıq dənizinə enerji daşıyıcıları nəql edəcək kəmərləri reallığa çevirmişdir. Buna inananların sayı çox deyildi. Bəziləri fikirləşirdilər ki, bu, əfsanədir. Digərləri isə düşünürdülər ki, bu, xülyadır. Amma bu əfsanə həqiqətə çevrildi. Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətdə olacaq və böyük həcmdə Xəzər neftinin dünya bazarlarına daşınmasına imkan yaradacaqdır. Əlbəttə, bunun özü də regional təhlükəsizliyə və sabitliyə töhfə olacaqdır.

İkinci vacib layihə Azərbaycan qazının Türkiyəyə və daha sonra Avropaya daşınmasıdır. Bu layihə Avropa istehlakçıları üçün, bəlkə də, neft layihəsindən də vacibdir. Çünki Azərbaycan qazı böyük həcmdə Avropaya daşınacaq və Avropa istehlakçıları üçün alternativ qaz təchizatı çox faydalı olacaqdır. Qiymətlər rəqabət baxımından münasibdir, mənbə etibarlıdır. Azərbaycan bu layihəni yerinə yetirməyə qadirdir. Əminəm ki, bir neçə ilə, təqribən 5-6 ilə Avropa istehlakçılarına Azərbaycan qazından istifadə etmək imkanı yaranacaqdır. Planlaşdırdığımız kimi, 2006-cı ilin sonunda qaz layihəsi tamamlanacaq və sonra qaz hasilatının özünü yuxarı həddə çatdırmaq üçün müəyyən vaxt tələb olunacaqdır. Regional əməkdaşlığın bütün elementləri bizim regiona, bizim ölkəyə, dostlara bu layihələrdən bəhrələnməyə imkan verəcəkdir.

Çox zaman belə bir sual çıxır ki, Ermənistan necə olsun? Nəyə görə Ermənistan regional əməkdaşlığın bir hissəsi deyil? Nəyə görə Azərbaycan Ermənistanı bu proseslərdən təcrid edir? Biz regional əməkdaşlığın əleyhdarı deyilik, biz bütün mümkün variantları nəzərdən keçirə bilərik. Amma burada əsas amil ölkəmizin ərazilərinin işğal altında qalmasıdır. Əminəm ki, sizin ölkənizin bir hissəsi başqa ölkə tərəfindən işğal olunsa, heç biriniz həmin ölkə ilə iqtisadi əməkdaşlıq istəməzsiniz. Erməni işğalçı qüvvələri bizim əraziləri tərk etməlidirlər, ondan sonra iqtisadi əməkdaşlıq baş tuta bilər. Mən düşünürəm ki, bu, məsələyə çox ədalətli baxışdır və regiondakı real şəraiti əks etdirir.

Ölkəmizin böyük planları var. Rayonlarımızın inkişafına dair sosial-iqtisadi proqramımız var. Eləcə də, Dünya Bankı ilə birlikdə yoxsulluğun azaldılması proqramı üzərində işləyirik. Çünki ölkənin iqtisadiyyatda böyük tərəqqi əldə etməsinə baxmayaraq, problemlər hələ də mövcuddur. İşsizlik, yoxsulluq, qaçqın-köçkünlərin sosial-məişət problemləri. Bütün bu problemlərlə ölkə məşğul olmalıdır. Bunu etməkdən ötrü bizə maliyyə ehtiyatları, bütün regionda sülh, sabitlik lazımdır. Regional təhlükəsizlik olmadan planlarımız təhlükə altında olar. Amma zaman göstərir ki, biz qarşımızda duran vəzifələrin öhdəsindən gələ bilərik.

Azərbaycan öz gələcəyini Avropa ailəsinə inteqrasiyada görür. Bu siyasət dəyişməz olaraq qalır və bu, bizim strateji məqsədimizdir. Qeyd etdiyim kimi, bu seçim 10 il əvvəl edilib və Azərbaycan bu illər ərzində tədricən, lakin qətiyyətlə bu istiqamətdə irəliləyir. Azərbaycan özünü belə şəraitdə görmək istəyir. Çünki Avropanın nailiyyətləri, uğurları göstərir ki, bu, bizim də getməli olduğumuz yoldur və biz bu yolu gedirik. Yeni qonşuluq siyasəti, Avropa Birliyi tərəfindən Cənubi Qafqaz ölkələrinə dair təklif olunmuş siyasət bizim ölkəyə Avropa Birliyi ilə daha səmərəli əməkdaşlıq imkanı verəcəkdir. Bu gün Avropa Birliyinin sərhədləri Cənubi Qafqaza daha çox yaxınlaşır və əlbəttə, biz də çox istərdik ki, regional proseslərin, Avropa inteqrasiyasının iştirakçısı olaq. Ölkəmizin bunu etməyə bütün potensialı var.

O da məlumdur ki, davamlı inkişafın əsas elementlərindən biri də davamlı siyasi islahatlardır. Cəmiyyətimizin demokratikləşdirilməsi prosesi davam edir. Bu istiqamətdə çoxlu müsbət addımlar atılmışdır və bu gün Azərbaycan cəmiyyəti əlbirdir. Bizdə bütün azadlıqlar mövcuddur. Bütün siyasi spektrlərdə siyasi fəaliyyətə imkan vardır. Ölkəmizin daha bir nailiyyəti də Azərbaycanda olduqca güclü etnik və dini dözümlülüyün mövcudluğudur. Bu mənada bizdə keçmişdə heç vaxt heç bir problem olmamışdır. Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan bütün xalqlar, millətlər və etnik qruplar eyni məsuliyyət daşıyır və eyni hüquqlardan istifadə edirlər. Azərbaycandakı dini dözümlülük də yaxşı məlumdur və təqdirəlayiqdir. Bunlar da bizim gələcək inkişafımıza müsbət təsir edə biləcək amillərdir. İqtisadiyyatın da güclü ola bilər, özün də güclü ola bilərsən, amma ölkədə yaşayan müxtəlif millətlər arasında birlik yoxdursa, normal ünsiyyət çatışmırsa, onda heç bir uğur əldə edə bilməzsən.

Qarşımızda duran daha bir prioritet məsələ də neftdən gələn gəlirləri gələcəkdə necə idarə etməkdir. Biz artıq bu haqda indidən, iri neft sahəsində böyük inkişafın başlanğıcında fikirləşirik. Mən elə bilirəm ki, biz bunu əsl vaxtında düşünməyə başlamışıq. Təəssüf ki, neft hasil edən elə ölkələr vardır ki, onların nəhəng neft ehtiyatlarına baxmayaraq, uğur əldə edə bilməyiblər. Sadə vətəndaşlar neftdən gələn gəlirləri hiss etməlidirlər. Yaşından, mənşəyindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı gündəlik həyatında hiss etməlidir ki, neft gəlirlərində onun da payı var.

Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır və neftdən gələn bütün vəsait burada toplanır. Bu, şəffaf strukturdur, beynəlxalq auditorlar onun işinə nəzarət edirlər. Azərbaycanın hər bir vətəndaşına məlumdur ki, ölkənin Neft Fondunda nə qədər vəsait var. Xərcləmələr şəffaf, büdcə vasitəsilə, parlamentdəki müzakirələrdən sonra həyata keçirilir və istənilən adam bu haqda məlumat əldə edə bilər. Bu, uğurun əsas elementlərindən biridir. Çünki bugünkü dünyada şəffaflıq mühümdür. Xüsusilə də keçid dövründə yaşayan Azərbaycan kimi ölkələr üçün.

Amma eyni zamanda, əvvəl dediyim kimi, bütün bu uğurlarla yanaşı, Azərbaycanın həll etməli olduğu problemlər də var. Çətinliklər çoxdur. Amma biz siyasi, iqtisadi və sosial islahatları davam etdirmək xəttimizdə qətiyyətliyik. Avropa Birliyinin yardımı, müdaxiləsi və digər Avropa təşkilatlarının iştirakı bu proseslərə çox yardım etmiş olar.

Dünən burada keçirdiyim görüşlər göstərdi ki, energetika, nəqliyyat sahəsində, siyasi sahədə münasibətlərin inkişafı üçün hər iki tərəfdən böyük istək və arzu var. Avropa ilə əməkdaşlıq bizim münasibətləri davam etdirməyimizə yardım edəcəkdir.

Vaxtınızı çox almaq istəmirəm. Səhər yeməyində iştirak etdiyinizə görə hamınıza bir daha minnətdarlığımı bildirirəm. Sizin hamınıza uğur arzulayıram və hamınızı Azərbaycana dəvət etmək istəyirəm ki, ölkəmizə gələsiniz və Azərbaycanın həyata keçirdiyi layihələrdə yaxından iştirak edəsiniz.

Dövlətimizin başçısı İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

X X X

HANS MARTENS: Cənab Prezident, dəvətə görə çox sağ olun. Həqiqətən, bu proseslərdən geri qalmamaqdan ötrü gərək indidən Bakıya təyyarə biletlərimizi sifariş edək. Sizə minnətdarıq ki, ölkənizdəki proseslərlə bağlı bu cür əla şərh verdiniz. Çox xoşagələn haldır ki, danışıqlarınızın əsasında realist nikbinlik durur və qarşınızda duran iqtisadi, sosial, ətraf mühit, demokratikləşmə ilə bağlı məsələlərin həyata keçirilməsi yolunda üzləşdiyiniz problemlərin həll olunacağında da qətiyyətlisiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib