Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çox uğurla keçir. Özbəkistan Prezidenti İslam Abduqəniyeviç Kərimovla danışıqlar aparıldı və bu danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin çox geniş dairəsi əhatə olundu. İslam Abduqəniyeviçin vurğuladığı kimi, müzakirə edilən bütün məsələlərdə baxışlarımız tam uyğun gəlir.

Biz bünövrəsi əvvəllər qoyulmuş ənənələri qətiyyətlə davam etdirmək, ikitərəfli münasibətləri fəal surətdə genişləndirmək, regional məsələlərdə, o cümlədən regional təhlükəsizliyin möhkəmləndirilməsində, beynəlxalq terrorizmlə mübarizədə birgə fəaliyyət sahəsində əməkdaşlıq etmək niyyətindəyik. Dünya siyasətinin bir çox məsələlərində də baxışlarımız uyğun gəlir.

Özbəkistan və Azərbaycan yeni müstəqil dövlətlərdir. Ölkələrimizin müstəqil dövlət kimi uğurla təşəkkül tapması xalqlarımızın ümummilli liderləri olan İslam Kərimovla və Heydər Əliyevlə bağlıdır. Onların müstəqilliyin, suverenliyin, iqtisadi potensialın möhkəmlənməsinə yönəldilmiş fəaliyyəti öz gözəl bəhrələrini vermişdir. İndi bu siyasət Azərbaycanda davam etdirilir. Mən möhtərəm Prezident İslam Kərimovu əmin etdim ki, ölkələrimiz arasında indiyədək görülən bütün işlər davam etdiriləcəkdir.Özbəkistan Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaşdır. Həm mədəni münasibətlər çərçivəsində, həm də xalqlarımız arasındakı münasibətlər baxımından bizi birləşdirən ümumi cəhətlər çoxdur. Odur ki, biz Azərbaycanda birgə layihələrimizə və planlarımıza çox böyük əhəmiyyət veririk. Perspektivlər çox ümidvericidir. Ən başlıcası isə, bütün istiqamətlərdə, ilk növbədə, geri qaldığımız sahələrdə - məhz əmtəə dövriyyəsinin artırılmasında və iqtisadi əlaqələrin möhkəmlənməsində qarşılıqlı münasibətləri gücləndirməyi səmimi qəlbdən arzulayırıq. Ən əsası, bu istiqamətdə irəliləmək arzumuz vardır. Gələcəkdə həm ikitərəfli münasibətlərin bütün sahələrində, həm də regional planda fəal əməkdaşlıq etmək üçün Özbəkistanın və Azərbaycanın çox yaxşı perspektivləri mövcuddur. Qardaş xalqlarımız bir-birinə böyük rəğbət və məhəbbət bəsləyirlər. Özbəkistanda dahi Azərbaycan şairi Nizaminin abidəsinin açılması, eləcə də böyük özbək şairi Əlişir Nəvaiyə Azərbaycanda abidə qoyulması barədə qərar qəbul edilməsi faktı bir daha sübut edir ki, bizim aramızda xeyirxah, saf münasibətlər, qarşılıqlı rəğbət var. Mən Özbəkistana dövlət səfərinə dəvət edildiyimə görə bu ölkənin Prezidentinə böyük minnətdarlığımı bildirirəm. Bu yaxınlarda seçilmiş Prezident kimi, bu səfər mənim üçün çox mühümdür. Mən ikitərəfli münasibətlərimizə böyük əhəmiyyət verirəm, həm regionda, həm də dünyada böyük nüfuza malik olan dünya miqyaslı siyasətçi kimi İslam Abduqəniyeviçin Prezident vəzifəsindəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Mən əlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq, mehriban qonşuluq, qarşılıqlı yardım və qarşılıqlı anlaşma məcrasında irəliləsin. Bir daha aparılan danışıqlardan, fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Əminəm ki, bütün bunlar gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı zəmin olacaqdır. Sağ olun. X X X Sonra prezidenlər jurnalistlərin suallarına cavab verdilər. SUAL: Mənim sualım cənab Kərimovadır. Cənab Prezident, Azərbaycan ilə Özbəkistan arasında siyasi və humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivlərini necə görürsünüz? İSLAM KƏRİMOV: Həqiqətən, münasibətlərimizin bütün istiqamətlərdə kifayət qədər müsbət inkişaf etdiyi barədə İlham Əliyevin indicə söylədikləri bir daha təsdiqləyir ki, biz ikitərəfli və çoxtərəfli xarakter daşıyan məsələləri şəxsi əsasda saat yarımdan çox müzakirə etdik. Deməliyəm ki, beynəlxalq aləmdə mövcud olan çox kəskin məsələlərdən heç biri barədə bizim aramızda fikir ayrılığı olmadı. Bu gün dünya dövlətlərinin diqqətinin məhz regionlarımıza – Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəldildiyini nəzərə alsaq, görərik ki, ciddi problemlər var. Onlar Əfqanıstandakı hadisələrlə, habelə Mərkəzi Asiyada və Cənubi Qafqazda baş verən hadisələrlə bağlıdır. Həqiqətən, bir çox ölkələrin diqqəti buraya yönəlmişdir. Bundan əlavə, mənafelərin toqquşması və qarşıdurma elementləri var. Onlar özünü hələlik o qədər də aydın büruzə vermir, lakin burada gərginlik və böyük dövlətlərin mənafelərinin üst-üstə düşməməsi müşahidə edilir. Odur ki, ümumi əlaqələrin və ümumi mənafelərin, habelə Azərbaycanın da, Özbəkistanın da uzunmüddətli mənafelərinə eyni dərəcədə cavab verən ümumi təmasların, ümumi maraqların, habelə məqsədlərin axtarılıb tapılması, bir-birimizə həyanlıq göstərilməsi, bu ölkələrdən və bu xalqlardan hər birinin mənafelərinə uyğun gələn məsələlərdə dəstək olması, beynəlxalq sahədə çox mühüm məsələlərdə dəstək olması və hər bir ölkənin təşəbbüsünün dəstəklənməsi bizim üçün çox vacibdir. Sizə bildirmək istəyirəm ki, bütün bu məsələlərdə biz ümumi rəyə gəldik. Bu, təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, həm də çoxtərəfli münasibətlərimiz üçün böyük əhəmiyyətə malikdir. Buna görə də siz beynəlxalq aləmdə qarşılıqlı münasibətlərimizin perspektivlərini necə gördüyümü soruşduqda, deməliyəm ki, dünyada baş verən hadisələrin qiymətləndirilməsində elə bir məsələ yoxdur ki, aramızda fikir ayrılığı olsun. O ki qaldı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımıza, habelə Avropa Birliyi, ABŞ və Rusiya ilə münasibətlərimizin perspektivlərinə, zənnimcə, jurnalistlər və siyasətçilər kimi başa düşürsünüz ki, ziddiyyətlər bəzən məhz bu məsələlərlə əlaqədar baş verir. Lakin biz öz münasibətlərimizdə belə fikir ayrılığı olduğunu hiss etmirik. Jurnaistlərin məni düzgün başa düşməsi üçün təkrar edirəm ki, Azərbaycanın mənafeləri Özbəkistanın mənafeləri ilə tam uyğun gəlir. Bundan istifadə edib, demək istəyirəm ki, İlham Əliyev Azərbaycan Prezidenti seçiləndə çoxları göz qoymağa başladı ki, görəsən, yeni Prezident nə cür siyasət yeridəcək, ölkənin xarici siyasətini müəyyənləşdirən əsas məsələlərdə səmtlər dəyişəcəkmi? Mən məmnuniyyətlə cavab verirəm ki, İlham Əliyevin siyasəti Heydər Əliyev siyasətinin qanunauyğun və müdrik davamıdır. Mən geniş iclasda Heydər Əliyev şəxsiyyətinin təkcə Azərbaycan üçün deyil, həm də bizim ikitərəfli münasibətlərimiz üçün əhəmiyyətindən danışmışdım. Jurnalistlərin yanında bir daha demək istəyirəm ki, ölkələrimizin münasibətlərinin mədəniyyətlərimizin, dillərimizin, dinlərimizin yaxınlığı və ümumiliyi kimi dərin kökləri vardır. İlham Əliyev artıq dedi ki, Azərbaycanda Nəvainin abidəsi ucaldılacaq, küçələrdən birinə isə bizim ulu əcdadımız Uluqbəyin adı veriləcəkdir. Artıq 60 ildir ki, Nizaminin adını daşıyan Pedaqoji Universitetin önündə bu dahi Azərbaycan şairinin bu gün açacağımız abidəsi bir daha sübut edir ki, münasibətlərimiz həmişə elə köklərə malik olmuşdur ki, bu nadir imkandan istifadə etməmək cinayətdir. 1990-cı illərin əvvəllərində Azərbaycanda həyəcanlı hadisələr baş verəndə və hakimiyyətə gələn Elçibəy kimi bəzi adamlar xalqları nəinki bir-birinə yaxınlaşdırmağa çalışmırdılar, hətta onları bir-birindən ayırmaq üçün hər şeyi edirdilər. Özbəkistanla Azərbaycan arasında gözəgörünməz sədd yaranmışdı. Bu, qeyri-təbii idi. Mən bunu tarixi yaddaşı olan bir insan kimi deyirəm. O illərdə mən Özbəkistanın rəhbəri idim və bütün bunları hiss edirdim, görürdüm. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra və şəxsən özü mənimlə bu mövzuda danışanda deyirdi ki, Elçibəy kimi bəsirətsiz adamların hakimiyyətə gəlməsinə görə Azərbaycandan incimək olmaz. Mən Heydər Əliyevin xalqlarımızın bir-birindən ayrı düşməsindən necə narahatlıq keçirdiyini və bu səddi aradan götürmək üçün nə qədər çox iş gördüyünü bilirəm və bu gün biz müəyyən dərəcədə xalqlarımızın bir-birinə yaxınlaşması siyasətini davam etdiririk. Mən deməliyəm ki, bu, Heydər Əliyevin və daim onun komandasında olmuş insanların xidmətidir. Mən hesab edirəm ki, bu komanda Azərbaycanda o qədər böyükdür ki, ona qalib gəlmək mümkün deyildir.Odur ki, sizin sualınızdan istifadə edib mən başqa məsələyə də toxundum. Biz mühüm beynəlxalq problemlərin həllində ümumi səmtdən və bir-birimizi dəstəkləməkdən və beynəlxalq miqyasda ölkələrimizin nüfuzundan danışanda zənn edirəm ki, keçmiş tariximizlə bağlı məsələlərə toxunmamaq mümkün deyildir. Xoşbəxtlikdən, bu yöndəmsiz hallar uzun çəkmədi. Bu gün biz, iki prezident yanaşı oturmuşuq və İlham Əliyev Heydər Əliyevin başladığı işin davamçısıdır. Bu yaxınlarda o, Yeni Azərbaycan Partiyası İdarə heyətinin iclasında çıxış edərkən çox mühüm bir fikir söylədi və mən bunu özüm üçün qeyd etmişəm: Mən Heydər Əliyevin siyasətinə sadiq qalacağam, təkcə ona görə yox ki, o, mənim atamdır, ona görə ki, bu siyasətin alternativi yoxdur. Zənn edirəm ki, bu, çox əhəmiyyətli ifadədir və Azərbaycanın sabah hansı yolla gedəcəyi ilə maraqlananlarda aydın təsəvvür yaradır. Bu da sizin sualınıza mənim cavabım. SUAL: Sualım Azərbaycan Prezidentinədir. Cənab Əliyev, bu gün sərbəst ticarət haqqında sazişə əlavələr və dəyişikliklər edilməsi barədə protokol imzalandı. Bununla əlaqədar, iki ölkənin müəssisələri və biznes dairələr arasında birbaşa işgüzar əlaqələr yaratmaq üçün hansı yeni imkanlar açılır? İLHAM ƏLİYEV: Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsində çox maraqlıyıq. Bu gün biz bu barədə ətraflı danışdıq. Dövlətlərimizin iqtisadi potensialının inkişaf məntiqinin özü göstərir ki, iqtisadi əlaqələrimiz inkişaf etməlidir. Həm Özbəkistan, həm də Azərbaycan son illər öz iqtisadi qüdrətini artırmaq yolunda böyük sıçrayış etmişdir. İqtisadiyyatda baş verən müsbət proseslər sosial sahədə də özünü göstərməyə bilməz. Bizim vəzifəmiz ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları yaxşı yaşasınlar. Bunun üçün də iqtisadi potensialdan tam istifadə edilməlidir.Təəssüf ki, bu gün ölkələrimiz arasındakı ticarət münasibətlərində hələlik arzuedilən səviyyəyə çata bilməmişik. Lakin əminəm ki, bu gün aparılan danışıqlar və müvafiq qurumlara onların fəaliyyətini, habelə nəqliyyat kommunikasiyasından tam istifadə olunması üçün tarif siyasətini bazarın tələblərinə uyğunlaşdırmaq üçün verilən tapşırıqlar müsbət nəticələrə gətirib çıxaracaqdır.Təəssüf ki, Özbəkistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsinin olmaması əmtəə dövriyyəsinin artmasını xeyli dərəcədə ləngidir. Lakin biz bu süni sədlərin aradan qaldırılması, habelə potensialımızdan tam miqyasda istifadə etmək üçün başqa yollar axtarıb tapmaq istiqamətində birgə işləmək niyyətindəyik. Ticarət etməyə imkanlarımız, bir-birimizdən öyrənməli cəhətlər vardır. Mən əminəm ki, bu gün səfər çərçivəsində imzalanmış sənədlər bu baxımdan müsbət rol oynayacaqdır. Yaradılmış hökumətlərarası komissiya fəal işləyir, konkret məsələlər üzrə optimal inkişaf yollarının tapılması barədə ona tapşırıqlar verilmişdir. Mən əminəm ki, qarşılıqlı arzu olarsa, - belə arzu isə vardır və bu gün bir daha təsdiq edildi, - siyasi fon olarsa, - bu da var, - təsərrüfat subyektləri arasında birbaşa və uzunmüddətli münasibətlər yaranacaq, bunlar da qarşılıqlı marağa və faydaya doğru aparacaqdır. SUAL: Cənab Kərimov, Azərbaycan və Özbəkistan Böyük İpək yolu layihəsində mühüm strateji rol oynayırlar. Siz bu layihənin gələcəyini necə qiymətləndirirsiniz? İSLAM KƏRİMOV: Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı cənab Kristofer Patten bu yaxınlarda Özbəkistanda səfərdə oldu. Həmin məsələ də müzakirələrimizin diqqət mərkəzində idi. Avropa Birliyi bu marşrutun səmərəliliyinə böyük əhəmiyyət verir. Əgər kimsə bu marşrutun əhəmiyyətini hələ başa düşmürsə, deməliyəm ki, bilavasitə həmin yolun üstündə olan ölkələr nə vaxtsa bunu başa düşəcəklər. Bu məsələ qloballaşma əsrində böyük əhəmiyyət kəsb edir. Mən Bolqarıstanda olanda belə bir təşəbbüs irəli sürdük ki, 7 dövlət – Orta Asiya dövlətləri, Gürcüstan və Azərbaycan öz üzərlərinə öhdəliklər götürərək, tranzit üçün daha əlverşli rejim yaradacaq müqavilə imzalasınlar. Təəssüf ki, indi bu mövzuda çıxış edənlər Böyük İpək yolundan danışmağı sevirlər, özü də bu, çox vaxt quruca sözlər kimi səslənir. Bilirsinizmi, bu yol 2 min il əvvəl mövcud olmuşdur. Doğrudanmı, bu gün biz o səviyyədəyik ki, 2 min il əvvəl insanlar bu marşrutun əhəmiyyətini başa düşürdülər, amma indi həmin layihənin həyata keçirilməsi yolunda əngələ çevrilən dövlətlər meydana gəlir? Sadəcə, dəvə karvanlarının olduğu o dövrdə insanlar bu yolun əhəmiyyətini başa düşürdülər. Karvan yollarında soyğunçuluq törədən quldurları Əmir Teymurun amansızcasına cəzalandırdığına dair onlarca misal var. O dövrlərdə regionumuzdan keçən karvanlar hiss edirdilər ki, onlar müdafiə olunurlar. Odur ki, bu 7 dövlət heç də təkcə yüklərin, malların və sadəcə, insanların hərəkəti yolunda əngəl olmamaq haqqında müqavilə imzalamayacaqlar. Onların imzalayacağı müqavilələrdə dəqiq yazılacaq ki, əlverişli rejim yaradılacaqdır. Biz tarif dərəcələrinin aşağı salınması haqqında Azərbaycanla və digər ölkələrlə saziş imzalamışıq. Türkmənistan öz öhdəliklərindən birtərəfli qaydada tamamilə imtina etmişdir ki, bu da beynəlxalq normalara ziddir. Ona görə də bu gün pambığımızın Azərbaycan və Xəzərdən keçərək Qara dəniz vasitəsilə aparılıb satılması Latviya və Litvadan keçən marşrutla müqayisədə 20 faiz bahadır. Bu bəsirətsizlik və məsələnin dəqiq başa düşülməməsi, görün, nəyə gətirib çıxarmışdır. Bazar münasibətləri tranzit marşrutlarının təkmilləşdirilməsini tələb edir. Ona görə də bütün siyasətçilər və dövlət rəhbərləri başa düşməlidirlər ki, bu marşrutlar insanları bir-birindən ayrı salmamalı, əksinə, yaxınlaşdırmalıdır. Bu gün biz Prezident İlham Əliyevlə bu mövzuda söhbət etdik və belə bir ümumi fikrə gəldik ki, Avropa ölkələrini maraqlandıran yolun böyük əhəmiyyət kəsb etməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Avropa Birliyi Əfqanıstanın və İranın TRASEKA layihəsinə qoşulması haqqında Özbəkistanın təşəbbüsünü dəstəkləmişdir. İndi siz təsəvvür edə bilərsiniz, Böyük İpək yolu çərçivəsində hamı üçün daha əlverşli olan marşrut yarananda mümkün olan hər şeyi etmək lazımdır ki, TRASEKA insanların və dövlətlərin rifahı üçün işləsin. Yollar insanları bir-birindən ayırmamalı, əksinə yaxınlaşdırmalı və birləşdirməlidir. SUAL: Sualım cənab Əliyevədir. Cənab Prezident, məlum olduğu kimi, iki ölkə arasında 2010-cu ilədək iqtisadi əməkdaşlıq proqramı qəbul edilmişdir. Əmtəə dövriyyəsini artırmaq yolunda hansı maneələr vardır və Azərbaycan rəhbərliyi bu məsələnin həlli üçün nə etmək fikrindədir? İLHAM ƏLİYEV: Bu məsələ bu gün çox ətraflı müzakirə edildi. Mənə məlumdur ki, həmin məsələ hökumətlərarası komissiya çərçivəsində də ətraflı müzakirə olunmuşdur. Bu istiqamətdə ən ciddi maneələrdən biri bir-birinin bazarına birbaşa çıxışla bağlı çətinliklərdir. İndiki halda, biz bunu asanlaşdırmaq üçün birgə işləyəcək, habelə altenativ yollar axtarıb tapacağıq. Mən bu gün dedim ki, yerüstü nəqliyyat kommunikasiyalarından istifadə etməyə ehtiyac olmayan istiqamətlərdə bizim problemimiz yoxdur. Azərbaycan tərəfinin Özbəkistanda istehsal olunmuş iki təyyarə alması buna əyani sübutdur. Yəni təyyarələr üçün bu problem yoxdur, burada havaya qalxıb, Bakıda yerə enəcəkdir. Yerüstü yollarla daşınan yüklər üçün isə təhlükəsiz və etibarlı kommunikasiyaların olmaması işi ləngidən əsas amildir. Lakin biz bu problemlə barışmaq istəmirik və onun həlli üçün hər şeyi edəcəyik. Zənn edirəm ki, lazım olarsa, beynəlxalq təşkilatların xidmətlərindən də istifadə etmək olar. İslam Abduqəniyeviç Böyük İpək yolunun potensialı tam işə düşəndə, bütün ölkələr üçün necə ciddi perspektivlər açılacağından danışdı. Bu ölkələrin coğrafiyası kifayət qədər genişdir. Ona görə də mən əminəm ki, bu layihənin təşəbbüskarı olan beynəlxalq təşkilatlar da prosesi gücləndirməlidirlər. Çünki, təəssüf ki, Qərb-Şərq dəhlizi layihəsinin həyata keçirilməsinin sürəti bir qədər zəifləmişdir. Bu, ölkələrimizin potensialına da mənfi təsir göstərə bilər. Bizim ölkələrimiz istehsalçı ölkələrdir, onlar bu gün üçün də, gələcək üçün də ciddi potensiala malikdirlər. Ölkələrimiz həm də tranzit yolu kimi çox əlverişlidir. Bu imkanlardan istifadə etməmək yolverilməz olardı. Təəssüf ki, indiki vəziyyətdə heç də hər şey bizdən asılı deyildir. Maraqlı ölkələrin bu istiqamətdə geniş konsensusu fəal surətdə irəliləməlidir. Müvafiq qurumun bəzi elementlərinin olmaması əlavə çətinliklər yaradır. Lakin mən buna nikbin baxıram və zənn edirəm ki, tarif siyasətini tənzimləmək tapşırığı almış müvafiq idarələrimiz bu vəziyyətdən çıxmaq üçün əlavə yollar axtarıb tapacaqlar. İSLAM KƏRİMOV: Sizin daha nikbin olmağınız üçün demək istəyirəm ki, bu ilin iki ayı ərzində Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Yəni 2003-cü ilə nisbətən iki dəfə çoxdur. Sual verəndə bizim bu məsələdə nikbin olduğumuzu deməyi unutmayın, onda bu, obyektiv olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Brüsseldə Azərbaycanın turizm imkanları beynəlxalq auditoriyaya təqdim edilib

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib