Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
SƏFƏR BAŞA ÇATDI

Martın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı.

Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədilmiş Səmərqənd hava limanında dövlətimizin başçısını Özbəkistanın Baş naziri Şavkat Mirziyayev, Səmərqənd şəhərinin hakimi Rüstəm Xolmuradov, Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov və digər rəsmi şəxslər səmimiyyətlə yola saldılar.

X X X

Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyev vətənə qayıtdı. Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyev hava limanında jurnalistlərin suallarına cavab verdi.

X X X

SUAL: Cənab Prezident, Sizin Özbəkistana çox uğurlu dövlət səfəriniz oldu. Amma əsas məsələlərdən birində - iqtisadi-ticarət münasibətlərində müəyyən lənglik var. O cümlədən kommunikasiya problemlərindən danışıldı. Siz bu problemlərin həllini necə görürsünüz? Yəni yaxın vaxtlarda Orta Asiya və Cənubi Qafqaz ölkələri liderlərinin iştirakı ilə, yoxsa?..

CAVAB: Bu məsələ dəfələrlə - Özbəkistan Prezidenti cənab Kərimovla danışıqlarda, eləcə də, hökumətlərarası komissiyada müzakirə edildi. Burada problem, əsasən kommunikasiyalarla, daha doğrusu, bu sahədə yaranmış problemlərlə bağlıdır. Bilirsiniz ki, bizim Özbəkistanla əlaqələrimiz Türkmənistan ərazisi vasitəsilə həyata keçirilir və bu istiqamətdə müəyyən problemlər var. Əlbəttə, bu, iki dövlətin arasında iqtisadi əlaqələrə böyük zərər vurmuşdur. Bizim iqtisadi potensialımız güclüdür, ildən ilə artır. İkitərəfli iqtisadi əlaqələr çox sürətlə inkişaf edə bilər. Kommunikasiyanın olmaması, əlbəttə, böyük problemdir. Bu necə həll olunacaq, bunu zaman göstərər. Hər halda, hökumətlərarası komissiya bu məsələyə baxacaqdır. Bizdən asılı olan məsələlərə baxacaq və bunları müsbət həll edəcəyik.

O ki qaldı aramızda olan ərazidə kommunikasiya xətlərinin təmin edilməsinə, bu, bizdən asılı olan məsələ deyildir. Amma çalışarıq ki, buna nail olaq.

SUAL: Cənab Prezident, ATƏT-in fəaliyyətinin 12 ili tamam olur. 1992-ci il martın 24-də ATƏT-in vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı müəyyənləşmişdir. Azərbaycan Prezidenti bu 12 illik fəaliyyəti necə qiymətləndirir?

CAVAB: Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Nəticə yoxdur. Əgər hansısa bir nəticə olsaydı, bunu müsbət qiymətləndirmək olardı. Mən bunu müsbət qiymətləndirə bilmərəm. Çünki bu müddət ərzində ATƏT-in Minsk qrupu tərəfindən, demək olar ki, heç bir müsbət addım atılmamışdır. Düzdür, müəyyən dövrlərdə təkliflər olmuşdur. Deyə bilmərəm ki, Minsk qrupu bu məsələyə laqeyd yanaşmışdır. Yox, çalışmışdır və çalışır ki, bu məsələnin həllində öz xidmətlərini göstərsin. Amma hesab edirəm ki, indiki yanaşma, Minsk qrupunun indiki mövqeyi münaqişənin həllində müsbət rol oynaya bilməz. Çünki bu mövqe daha çox məsələnin həlli ilə yox, məsələni müşahidə etməklə məhdudlaşır.

Mən həmsədrlərə bildirmişdim ki, gərək Minsk qrupu öz mandatı çərçivəsində vasitəçilik missiyasını yerinə yetirsin. Yoxsa, bizə deyəndə ki, gedin, iki prezident danışın, razılaşın, biz bunu təsdiq edək, bu, vasitəçilik missiyası deyildir. Bu, müşahidəçilik missiyasıdır. Əgər belədirsə, onda gərək mandatda dəyişikliklər edilsin və Minsk qrupuna müşahidəçilik missiyası verilsin.

Mən ümid edirəm ki, əgər daha geniş beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olsa, bəlkə də, hər hansı bir müsbət dəyişiklikdən söhbət gedə bilər. Məhz bu baxımdan Avropa İttifaqının, Avropa Şurasının bu məsələ ilə məşğul olmaq istəyini biz dəstəkləyirik. Mən Bratislavada keçirdiyim görüşlərimdə də bunu xüsusi qeyd etmişdim ki, beynəlxalq ictimaiyyət öz mövqeyini ortaya qoymalıdır. Əgər Minsk qrupu bu məsələnin öhdəsindən gələ bilmirsə, əgər belə demək mümkünsə, on ildən artıqdır aparılan danışıqlar öz nəticəsini vermirsə, onda gərək fikirləşək.

SUAL: Cənab Prezident, Ermənistanın rəhbərliyi son zamanlar tez-tez Ki-Uest və Paris prinsiplərini qabardır və Azərbaycanda insanlar arasında ciddi narahatlıq yaranır ki, bunlar hansı prinsiplərdir. Sizin müzakirələr barədə məlumatınız var. Doğrudanmı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq hər hansı bir razılaşma olubdur?

CAVAB: Qətiyyən, heç bir razılaşma olmayıbdır. Ermənistan tərəfi də bunu yaxşı bilir və mən də bunu yaxşı bilirəm. Çünki mən o vaxt danışıqların iştirakçısı olmasam da, bu məsələlərlə əlaqədar kifayət qədər məlumatım var idi. Ermənistan ilə Azərbaycan arasında heç bir razılaşma əldə olunmamışdır. Heç bir məsələ ətrafında vahid bir mövqe ortaya qoyulmamışdır. Əlbəttə, danışıqlar əsnasında müxtəlif variantlar müzakirə olunur. Bəzən bu müzakirələr Minsk qrupu tərəfindən gündəliyə salınmışdır, bəzən tərəflərin biri tərəfindən irəli sürülmüşdür. Danışıqlar o qədər mürəkkəb bir prosesdir ki, onların gedişində hər bir məsələ müzakirə oluna bilər. Amma heç bir razılaşma yoxdur, olmayıbdır və bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır.

Bunu nə üçün edirlər? Yəqin ki, bu, orada daxildə gedən proseslərlə əlaqədardır. Çünki Ermənistanda son zamanlar cəmiyyətdə gedən proseslər Ermənistan hakimiyyətini belə yalanlar, iftiralar irəli sürməyə vadar edir. Əgər belə bir razılaşma varsa, ortaya qoysunlar, yaxud, bunu mətbuata versinlər.

Vilayət Quliyev Ermənistanın xarici işlər naziri ilə Bratislavada görüşübdür. Nə üçün Ermənistanın xarici işlər naziri televiziyaları vasitəsilə dünyaya yalanlar yayır, əgər belə bir sənəd varsa, onu ortaya qoymur?! Nə üçün bunu beynəlxalq ictimaiyyətə təqdim etmir?! Mən məsləhət görərdim ki, onlar bu yalanlardan əl çəksinlər. Bu təxribatların vaxtı keçibdir. Artıq dünya şəffaflıq tələb edir. Hər hansı bir razılaşmanı, hətta gizli razılaşmanı da gizli şəkildə saxlamaq mümkün deyildir.

Mən Minsk qrupunun həmsədrlərinə də dedim ki, gedin, Ermənistanda deyin ki, bu yalanlardan əl çəksinlər. Çünki bu, danışıqlar aparan heç bir tərəfə yaraşmır.

SUAL: Cənab Prezident, Baş nazir Ərdoğanın Amerikaya səfərindən sonra Türkiyənin Ermənistanla sərhədinin açılması məsələsi yenidən aktuallaşır. Gündəlikdə belə bir variant varmı? Azərbaycan Prezidenti kimi, Sizin bu məsələlərdən hər hansı xəbəriniz varmı və Türkiyənin belə bir addım atacağını ehtimal etmək olarmı?

CAVAB: Mən ehtimal irəli sürmək istəmirəm. Mən Baş nazir vəzifəsində işləyərkən Ankarada cənab Ərdoğanla bu barədə söhbətim olubdur. Baş nazir cənab Ərdoğan və xarici işlər naziri Abdullah Gül məni bir daha əmin etmişlər ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç vaxt açmayacaqdır. Mənim üçün bu, kifayətdir. Yəni əgər mən bu sözü eşitmişəmsə, mənə hər hansı başqa izahat lazım deyildir.

Amma o da sirr deyil ki, Avropa İttifaqı, bəzi başqa ölkələr, dünyada kifayət qədər təsirə malik olan ölkələr Türkiyəyə ciddi təzyiqlər edir ki, Türkiyə o qapıları açsın. Mən müvafiq tərəflərlə keçirdiyim görüşlərdə onlara dəfələrlə bildirmişəm ki, əgər Türkiyə öz qapılarını Ermənistana açarsa, deməli, Dağlıq Qarabağ məsələsinin həlli, ümumiyyətlə, mümkün olmayacaqdır. Çünki Azərbaycanın əlindən çox mühüm bir alət çıxacaqdır və o zaman danışıqların sülh çərçivəsində aparılması, ümumiyyətlə, mümkün olmayacaqdır. Bu, danışıqların dayanmasına və xoşagəlməz nəticələrə gətirib çıxaracaqdır. Ona görə əgər bu məsələdə maraqlı olan tərəflər məsələnin doğrudan da sülh yolu ilə həllini istəyirlərsə, gərək Türkiyəyə bu təzyiqləri etməsinlər. Türkiyə böyük dövlətdir, qüdrətli dövlətdir. Mən əminəm ki, Türkiyə bütün bu təzyiqlərə davam gətirəcəkdir. Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün də, türk xalqı üçün də hər bir şeydən üstündür. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Brüsseldə Azərbaycanın turizm imkanları beynəlxalq auditoriyaya təqdim edilib

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib