AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN POLŞAYA RƏSMİ SƏFƏRİ
VARŞAVADAN YOLASALMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada rəsmi görüşlərini başa çatdırdıqdan sonra fevralın 27-də Qdansk şəhərinə yola düşmüşdür.
Azərbaycan Respublikasının və Polşa Respublikasının dövlət bayraqları ilə bəzədilmiş “Okençie” hərbi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Polşanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
######
