Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Çox sağ olun, xoş sözlərinizə görə sizə çox minnətdaram. Mən hesab edirəm ki, bugünkü görüş çox səmərəli keçdi. Həm görülən işlər haqqında məlumatları eşitdik, həm də problemlər haqqında məsələlər qaldırıldı. Bu, çox vacibdir. Azərbaycanın son illərdəki inkişafı bizim hamımızın gözü qarşısında keçibdir. Bilirik ki, Azərbaycan 10 il bundan əvvəl hansı vəziyyətdə idi və bu gün hansı vəziyyətdədir. Əlbəttə ki, böyük inkişaf yolunun keçməsində Azərbaycan cəmiyyətinin dəstəyi mühüm rol oynadı, eyni zamanda, bu, ölkənin liderinin, Prezidentinin, ulu öndər Heydər Əliyevin əməyi nəticəsində mümkün olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində, düşünülmüş, məqsədyönlü strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmiz bütün istiqamətlərdə uğurlar əldə etdi. İstər sosial sahədə, iqtisadi islahatların aparılmasında, istərsə də, siyasi müstəvidə, Azərbaycanın dünya birliyinə inteqrasiyası məsələlərində - bütün istiqamətlərdə irəliləyiş, tərəqqi və uğur vardır.

Ancaq əlbəttə ki, bununla yanaşı, problemlər də mövcuddur. Elə problemlər var ki, onların həll olunması üçün bir neçə il lazımdır. Böyük maliyyə resursları lazımdır, insanların, cəmiyyətin fəal iştirakı lazımdır. Elə məsələlər də var ki, onların həlli üçün böyük vəsait də lazım deyil, böyük addımlar da lazım deyildir. Sadəcə olaraq, diqqət lazımdır, sadəcə, gərək insanın ürəyi yansın, hansı məsələ, problem narahatlıq yaradırsa, onu aradan götürsün. Azərbaycanda mövcud olan problemlərin həlli sahəsində böyük işlər görülüb və bu gün Azərbaycanın inkişafının yeni mərhələsində qalan problemlərin həlli mənim üçün başlıca məqsəddir. Mən bu məramla 2 il bundan əvvəl Prezident seçkilərinə qoşuldum. Prezident kimi bu proqramla öz fəaliyyətimi də davam etdirirəm. Mənim bölgələrə çoxsaylı səfərlərimin də məqsədi məhz budur ki, ölkəmiz daha da güclənsin, daha da zənginləşsin, əhali daha yaxşı yaşasın, sosial problemlər aradan qaldırılsın. Ümumiyyətlə, insanları narahat edən əsas problemlər aradan qaldırılsın.

Biz buna nail olacağıq. Görülən işlər, inkişaf dinamikası da bunu göstərir. Əgər iki il bundan əvvəl, hətta ilyarım bundan əvvəl Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz idisə, bu ilin əvvəlində 40 faizə düşübdür. İndi yəqin ki, statistik göstəricilər çıxacaq, şübhəsiz ki, yenə də düşəcəkdir. İşsizliyin aradan qaldırılması üçün ciddi tədbirlər görülübdür.

Mən iki il bundan əvvəl bəyan edəndə ki, Azərbaycanda beş il ərzində 600 min yeni iş yeri yaranacaq, bilirdim nə deyirdim və iki il ərzində 311 min iş yerinin açılması artıq bunun əyani sübutudur. Sosial infrastrukturun möhkəmlənməsi, regional infrastrukturun yaranması, qeyri-neft sektorunun inkişafı, neft sektorunun özünün inkişafı və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başa çatdırılması tarixi əhəmiyyətli məsələlərdir. Azərbaycanın bugününə və gələcəyinə xidmət edəcək məsələlərdir.

Bakıətrafı kəndlərin, qəsəbələrin də inkişafı çox lazımdır. Mən artıq bunu qeyd elədim. Görürəm ki, bu məsələdə bizdə fikir ayrılığı yoxdur. Daha da böyük addımlar atılmalıdır, böyük işlər görülməlidir, kəndlərdə olan problemlər öz həllini tapmalıdır. Əlbəttə ki, ilk növbədə, biz diqqəti məhz insanları daha çox narahat edən məsələlərə yönəltməliyik. Məktəblərin tikintisi, mövcud olan məktəblərin təmiri başlıca vəzifədir. Məndə olan məlumata görə, Bakıətrafı kənd və qəsəbələrdə 161 məktəb var. Biz gərək o məktəblərin vəziyyətinə fikir verək. Harada təmirə ehtiyac varsa, təmir olunmalıdır. Mən bu gün eşitdim ki, bəzi məktəblərdə uşaqlar dörd növbədə oxuyurlar. Bu, faktiki olaraq, təhsilin olmamasından xəbər verir. Dörd növbədə heç bir məktəbdə tədris prosesini təşkil etmək mümkün deyildir. Deməli, yeni məktəblər tikilməlidir. Harada, nə qədər və hansı müddətdə - onu siz müəyyən etməlisiniz! İcra hakimiyyəti başçıları, qəsəbə nümayəndələri, ağsaqqallar, ictimaiyyət və Bakı Şəhəri İcra Hakimiyyəti təkliflərinizi verməlisiniz.

135 uşaq bağçası var. Onların da yəqin ki, əksəriyyətinin vəziyyəti o qədər də ürəkaçan deyildir. Çünki uzun illər ərzində bu sahəyə ümumiyyətlə, diqqət göstərilmirdi, təmir aparılmırdı. Bəzi hallarda uşaq bağçaları ləğv olundu, onları kimsə özəlləşdirdi, yaxud da ki, onların profili dəyişdi. Biz bunu bərpa etməliyik. 135 uşaq bağçasına gərək baxış keçirilsin, hansıların təmirə ehtiyacı varsa, onlar təmir olunmalıdır, yenisi tikilməlidirsə, yenisi tikilməlidir.

88 poliklinika və xəstəxana mövcuddur və bu, ən çox problem yaradan, bizi ən çox narahat edən sahədir. Bilirsiniz ki, mənim bütün səylərimə baxmayaraq, ayırdığım vəsaitə baxmayaraq, səhiyyə sistemində dönüşə nail ola bilmədik. Bu ilin büdcəsində səhiyyə xərcləri 44 faiz artıbdır. Böyük vəsait ayrılıb ki, yeni avadanlıq alınsın, təmir işləri aparılsın, yeni xəstəxanalar tikilsin. Bunu görmürük. Biz artıq qərar qəbul etdik və mən göstəriş verdim ki, Azərbaycan Dövlət Neft Şirkəti bölgələrdə yeni müasir müalicə-diaqnostika mərkəzləri yaratsın. Artıq bu proses başlanıbdır.

Səhiyyə sistemində islahatlar aparılacaq, bu sahədə ciddi dəyişikliklər olmalıdır. Burada mövcud olan rüşvətxorluq, korrupsiya hallarına son qoyulmalıdır. Xəstəxanalara kömək göstərəcəyik, təmir işlərinə vəsait ayıracağıq. Yeni xəstəxanaların tikintisinə vəsait ayıracağıq. O cümlədən Bakıda və Bakı kəndlərində. Bu sosial sahənin problemləri bizə bəllidir. Bunların həlli yolları da var, maddi imkanlarımız da var və ən başlıcası, bizim niyyətimiz var və bu, xoş niyyətdir. Niyyətimiz də yaratmaq, qurmaq, müasirləşdirmək, dünyada mövcud olan ən müasir texnologiyanı Azərbaycana gətirmək və Azərbaycan xalqının sərəncamına verməkdir.

Kənddaxili yolların təmirinə də vəsait ayrılacaqdır. Bilirsiniz ki, ilk növbədə, biz Bakı şəhərinin yollarına diqqət göstərdik. İndi demək olar ki, əksər yollar ən yüksək səviyyədə təmir edilmişdir. Eyni zamanda, kəndlərə gedən yollara da biz diqqət göstərmişik və bu gün də diqqət göstəririk. Kənddaxili yolların təmiri növbəti mərhələdir, bu da hesablanmalıdır. Kəndbəkənd yolların uzunluğu, eni, nə qədər vəsait lazımdır – bunlar hesablanmalı və qəbul ediləcək proqramda öz əksini tapmalıdır.

Su təchizatı bizim üçün, Bakı üçün, Abşeron yarımadası üçün həmişə böyük problem olubdur. Suyun az olması, bəzi yerlərə suyun cədvəllə verilməsi bizim hamımızı narahat edir, hamımızı incidir. Bunun təbii problemləri var. Bu ərazidə həmişə belə problem olubdur. Görülən işlərin nəticəsində artıq bu problem də öz həllini tapacaq, Dövlət Neft Fondundan artıq vəsait ayrılıbdır. Oğuz-Qəbələ zonasından Bakıya yeni su kəməri tikiləcək, Bakının və Bakı kəndlərinin təmiz bulaq suyu ilə təminatı öz həllini tapacaqdır. Kəmərin tikintisinə təxminən iki il vaxt lazımdır. Böyük həcmdə vəsait lazımdır və biz bu vəsaiti heç bir yerdə axtarmırıq, kredit üçün kiməsə müraciət etməmişik, öz gücümüzlə tikəcəyik, imkanımız var. İqtisadiyyatımız inkişaf edir və iki ildən sonra Bakının su problemi aradan qaldırılmalıdır.

İndiki mərhələdə müvəqqəti olaraq nə kimi işlər görülməlidirsə, onları da gərək nəzərdə tutaq və bu, proqramda öz əksini tapmalıdır.

İstilik sisteminin bərpasına böyük diqqət yetirilir. Bu il mənim sərəncamımla “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti yaradıldı və göstəriş verildi ki, gələn ilin sonunadək Bakı şəhərinin bütün hündürmərtəbəli binalarında istilik sistemi bərpa olunsun. Lazımi vəsait ayrılacaq, yeni qazanxanalar tikiləcək və müasir texnologiyalar tətbiq olunacaqdır. Artıq bu işlər başlanmış, ilkin vəsait ayrılmışdır, indi növbə bu işi görən təşkilatlarındır.

İş yerlərinin yaranması hər bir ölkənin inkişafını müəyyən edir. İşsizlik Bakı kəndlərində də kifayət qədərdir. Mən bu problemləri bilirəm, yeni iş yerlərinin açılması üçün, bir tərəfdən, müvafiq infrastruktur yaranmalıdır. Qaz təchizatı yaxşılaşmalıdır. Şübhəsiz, indi işıqla bağlı o qədər də böyük problem yoxdur. Əsas məsələ odur ki, qışda problem olmasın. Bilirsiniz ki, Bakıda da modul tipli elektrik stansiyalarının qurulması nəzərdə tutulur. Biz bunu da edəcəyik.

Qaz təchizatı yaxşılaşmalıdır, amma bu, təkcə bizdən asılı deyildir. İlk növbədə, ona görə ki, Azərbaycanda qaza olan tələbat daxili imkanlar hesabına ödənilmir. Təxminən 4 milyard kubmetr qaz hasil edilir, 5 milyard kubmetr də xaricdən alınır. Bunun alınmasına 300 milyon dollar pul ayrılır. Ancaq yenə də qaz kifayət etmir. Demirəm ki, verilən qazın pulu da ödənilmir. Faktiki olaraq, dövlət əhaliyə dotasiya verir. Ancaq elektrik enerjisinin və qazın olmaması, əlbəttə ki, heç bir yeni iş yerinin yaranmasına imkan verməz. Ona görə biznes aləmi də gərək, ilk növbədə, infrastruktura - yollar, elektrik enerjisi, qaz təchizatına öz vəsaitlərini inamla qoysun ki, Bakı kəndlərində yeni iş yerləri, fabriklər, zavodlar və sair açılsın.

Burada hər il görülən işlər haqqında müzakirə apardıq. Eyni zamanda, nöqsanlar, çatışmazlıqlar haqqında da danışdıq. Bu da çox vacibdir. Yəni məqsədimiz bu nöqsanları aradan qaldırmaqdır, çatışmayan cəhətləri, problemləri aradan qaldırmaq. Bunu etmək mümkündür. Çünki yenə də deyirəm, bizim iqtisadiyyatımız sürətlə inkişaf edir. Nə üçün mənim ən böyük diqqət göstərdiyim sahə iqtisadi inkişafdır? Çünki hər şey buna bağlıdır. Əgər iqtisadi inkişaf olmasa, gəlirlər az olacaq, büdcə dolmayacaq. Büdcə dolmayanda vəsaiti haradan götürəsən?

Gələn il büdcə xərcləri 4 milyard səviyyəsinə çatacaqdır. Bu, dünyada misli görünməmiş artımdır. 2004-cü ildə büdcəmiz 1 milyard 500 milyon dollar, 2005-ci ildə 2 milyard 200 milyon dollar idi, 2006-cı ildə 4 milyard dollar olacaqdır. Heç bir ölkədə belə artım yoxdur. Heç bir ölkədə iqtisadiyyat 9 ayda 21 faiz artmayıbdır. Yəni biz bunlara nail oluruq. Bizim iqtisadi islahatlarımız, digər tərəfdən, maliyyə nizam-intizamının möhkəmlənməsi, regional proqramların həyata keçirilməsi, neft strategiyamızın uğurla icra olunması bu şəraiti bizə yaradır. İndi bizim Neft Fondunda 1 milyard dollardan çox vəsait var. Ölkənin valyuta ehtiyatları təxminən bu qədərdir. Yenə deyirəm, gələn il üçün büdcəmiz 4 milyard dollardır. Gərək bundan istifadə edək. Haraya istifadə edək? İlk növbədə, yeni infrastrukturun yaradılmasına. Ona görə elektrik stansiyalarının tikilməsinə, qaz, su xətlərinin, yolların çəkilməsinə vəsait ayrılır. Digər tərəfdən də sosial infrastruktura. Sosial infrastruktur da, bugünkü müşavirədə deyildiyi kimi, bizi ən çox narahat edən məsələdir. Eyni zamanda, burada hər bir kəndin məsələləri müzakirə olundu. Bu da çox vacibdir. Bir var qlobal məsələ, qlobal yanaşma və bizim ümumi strateji xəttimiz, bir də var hər bir yerin, hər bir rayonun, hər bir kəndin öz problemləri və biz bunları da həll etməliyik.

Burada Balaxanıdakı zibillikdən söhbət açıldı. Mən bir dəfə səfərdən Bakıya qayıdarkən vertolyotla yuxarıdan müşahidə edirdim, çox acınacaqlı bir mənzərə idi. Oradan qalxan zəhərli tüstü bütün Bakını əhatə edir. Bəlkə bu, yerdə o qədər də hiss olunmur. Amma hündürdən baxanda, bu böyük bir ekoloji fəlakətdir. Mən göstəriş verdim, indi bu işlə məşğul olurlar. Balaxanıda böyük bir zibil emalı zavodunun tikilməsi nəzərdə tutulur. Bu, həm yeni iş yerlərinin açılması deməkdir, eyni zamanda, Bakıda ekoloji vəziyyəti yaxşılaşdıracaqdır. Həm də bu zavod elektrik enerjisi hasilatını artıracaqdır. Bu haradasa, ilyarım, iki il ərzində tikilə bilər. Artıq ilkin göstərişlər verilibdir və yaxın zamanlarda bunu həll etməliyik.

Burada başqa məsələlər də sadalandı. Gülçülüklə məşğul olanların problemləri də, qazla bağlı problemlər də bizim üçün aydındır, başadüşüləndir. Düzdür, onlar qazdan çox istifadə edirlər və bəzən onun pulunu ödəmirlər. Ancaq onların da gəlir mənbəyi budur. Bu məsələyə baxmaq, lazım olan şəraiti yaratmaq lazımdır.

Keçmiş pioner düşərgələrinin bərbad vəziyyətdə olması, özəlləşdirilmiş obyektlərin bəzi hallarda bağlı şəkildə qalması da məni çox narahat edir. Biz özəlləşdirməni ona görə aparmırıq ki, kimsə o mülkiyyətə sahib olsun, sonra onu qıfıllasın və gözləsin ki, torpağın qiyməti nə vaxt qalxır onu satsın? Biz özəlləşdirməni ona görə aparırıq ki, insanlar ondan faydalansınlar. Yeni imkanlar açılsın, yeni iş yerləri açılsın, iqtisadiyyat artsın, qeyri-neft sektoru inkişaf etsin. Ona görə də bu məsələlərə, əlbəttə ki, diqqət yetiriləcəkdir. Mən bu gün Hacıbala Abutalıbova, mənim iqtisadi məsələlər üzrə köməkçim Əli Əsədova, bütün icra hakimiyyəti başçılarına, bütün nümayəndələrə tapşırıq verirəm ki, geniş, konkret, real və müfəssəl proqram hazırlansın. Bakının kənd və qəsəbələrinin sosial inkişaf proqramında hər şey nəzərdə tutulmalıdır - harada xəstəxana, məktəb, hansı obyekt tikilməlidir. Biz bunu tezliklə hazırlayaq, mən xüsusi sərəncam imzalayacağam və orada illər də göstəriləcək: 2006-cı ildə bu işlər görüləcək, 2007-ci ildə bu işlər, 2008-ci ildə bu işlər...

Burada qeyd olundu ki, bəzi hallarda belə məsələləri qısa zamanda həll etmək çətindir. Düzdür, bu, çətindir, amma biz gərək bunları həll edək. Mən istəmirəm ki, bu proqramın icrası illərlə uzansın. Qısa müddət ərzində bunu etməliyik. Allaha şükür, bütün imkanlarımız var, maliyyə imkanlarımız var. Azərbaycanda indi yeni texnologiyalara bələd olan şirkətlər də var. Tikinti işləri aparan şirkətlər gözəl təcrübə toplayıblar. Qısa müddət ərzində bu məsələləri həll edək ki, burada dönüş yaransın, soydaşlarımız daha yaxşı yaşasınlar. Mənim məqsədim budur. Azərbaycan xalqının normal yaşaması, rahat yaşaması, rifah halının yüksəldilməsi mənim üçün əsas şərtdir.

Bakı bizim paytaxtımızdır, doğma şəhərimizdir və mən çox istəyirəm ki, burada inkişaf sürətlə getsin. 1-2 il ərzində kəndlər yeniləşsin, müasirləşsin, gözəl görkəm alsın, insanlar daha yaxşı yaşasınlar. Ona görə mən bu tapşırıqları verdim, siz icra edin və qısa müddət ərzində proqram və sərəncam layihəsi hazırlansın.

Bir daha sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Xahiş edirəm ki, mənim salamlarımı və ən xoş arzularımı bütün Bakı camaatına çatdırasınız. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına