Azərbaycan–Qazaxıstan matçını almaniyalı hakimlər briqadası idarə edəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununa hakim təyinatı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Harm Osmers olacaq. Ona Robert Kempter və Dominik Şaal köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün beşinci tur çərçivəsində Trnavada Slovakiya yığması ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]