Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırıb

Astana, 15 may, AZƏRTAC
Qazaxıstan dünyada iri taxıl ixracatçısı kimi mövqeyini tədricən gücləndirir.
AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2024–2025-ci illər mövsümündə sentyabrdan aprelin sonunadək taxıl və unun taxıl ekvivalentində ixracı təxminən 10 milyon ton təşkil edib. Bu da ötən mövsümlə müqayisədə 37,4 faiz artım deməkdir.
Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov bildirib ki, beşillik fasilədən sonra Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl tədarükü bərpa olunub.
“İtaliyaya sərt buğda növlərinin ixracı artır. Hazırda Qazaxıstan Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniya kimi bizim üçün qeyri-ənənəvi Avropa bazarlarına ixracı inkişaf etdirir. Eyni zamanda Mərakeş və BƏƏ də məhsullarımıza maraq göstərir”, – deyə o, qeyd edib.
Vurğulanıb ki, son beş il ərzində ilk dəfə olaraq Qazaxıstan İran və Azərbaycana taxıl ixracını bərpa edib və tədarükləri onlarla dəfə artırıb.
2024/2025-ci illər mövsümündə sentyabr–aprel aylarında Azərbaycana taxıl və unun taxıl ekvivalentində idxalı 5 min tondan 569 min tona yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 113 dəfə artım deməkdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [19:13]
Kazinolar ölkəmizə nə vəd edir? VİDEO
- 21.06.2025 [18:37]
Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb
- 21.06.2025 [18:33]
Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub
- 21.06.2025 [18:28]
Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır
- 21.06.2025 [15:07]
Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır
- 21.06.2025 [14:52]