Azərbaycan Qətərlə qiymətli kağızlar bazarının inkişafını müzakirə edib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Qətərə işgüzar səfər çərçivəsində Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri Tami Əhməd Əli Əl Boutami Əl Binəli ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Qətərin qiymətli kağızlar bazarının inkişafı və xarici investorlar üçün yaradılmış imkanlar müzakirə edilib. Həmçinin hər iki ölkənin nəzarət qurumları və qiymətli kağızlar bazarının iştirakçıları arasında əməkdaşlıq perspektivləri barədə əhatəli fikir mübadiləsi aparılıb.