AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ KOREYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məhkəmənin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti xarici konstitusiya nəzarəti orqanları ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq çərçivəsində Koreya Respublikasının Konstitusiya Məhkəməsinin dəvəti ilə bu il noyabrın 24-dən 27-dək Seul şəhərində rəsmi səfərdə olmuşdur.
Səfər zamanı Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Yonq Çul Yun, Ali Məhkəmənin sədri Yonq Yanq Çoy və məhkəmələrin hakimləri ilə görüşlər keçirilmiş, vətəndaşlar və hüquqi şəxslər tərəfindən məhkəməyə verilən ərizələrin qısa müddətdə və dəqiq öyrənilməsi, bu sahədə Koreya məhkəmələrində tətbiq olunan yeni texnologiyalar və şikayətlərin məhkəmə icraatına qəbul edilməsi üsulları, həmçinin qəbul olunmuş konstitusiya şikayəti vasitəsilə vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi üsulları müzakirə olunmuşdur.
Koreya Respublikasının yüksək məhkəmə orqanlarının rəhbərləri Azərbaycan Respublikasının məhkəmə orqanları ilə əməkdaşlıq etməyə böyük maraq göstərdiklərini və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacib olduğunu bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]