AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2003-cü il yanvarın 1-dək uzadılsın.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayaraq, iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin siyahılarını dəqiqləşdirərək onların işlə təmin olunması barədə məlumatları hər rübdə Maliyyə Nazirliyinə təqdim etsinlər.
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla iş şöbəsinə, elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinə həvalə edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]