AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏFƏRİNİ MOSKVADA ÜMİDLƏ GÖZLƏYİRLƏR
Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya bu günlərdə olacaq rəsmi səfərindən çox şey gözləyir. AZƏRTAC-ın Moskvadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, B.Qrızlov Azərbaycan jurnalistləri ilə görüşündə bildirmişdir ki, Prezident İlham Əliyevlə o, hələ dövlət başçısı olmazdan əvvəl görüşmüşdür və indi onunla prezident kimi görüşəcəyinə şaddır.
Dövlət Dumasının sədri Azərbaycanla Rusiya arasında qanunvericilik sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyəti olduğunu da vurğulayaraq demişdir ki, səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcəkdir.
B.Qrızlov Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması probleminə də toxunmuşdur. O demişdir ki, Rusiya bu problemin dincliklə həllinə tərəfdardır və ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal işləməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]