AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizə, ailənizə üz vermiş ağır itki – Sizin üçün əziz insan Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar Sizinlə birlikdə kədərlənirik. Heydər Əlirza oğlu Azərbaycan SSR-in dövlətçiliyinin və iqtisadi qüdrətinin inkişafına böyük töhfə verməklə yanaşı, Sovet İttifaqının dəmir yol nəqliyyatının işi üçün böyük məsuliyyət daşıyaraq, dəmir yol ölkəsi olan sovetlər ölkəsinin sadə dəmir yol əməkçilərinə diqqət və qayğı göstərmiş, onların hörmət və məhəbbətini qazanmışdı. Bizim ailəmiz Heydər Əlirza oğlu ilə tanış idi və ona böyük hörmət bəsləyirdi. O, yollar nazirinin müavini B.A.Morozova həmişə kömək etmiş, Sovet İttifaqının dəmir yol nəqliyyatı təsərrüfatının inkişafına əvəzsiz töhfə vermişdir. Azərbaycanın və sovetlər ölkəsinin əfsanəvi rəhbərinin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Ən dərin hüznlə başsağlığımızı qəbul edin.
Hörmətlə,
A.B.Morozov
“Mejtrans” QSC-nin baş direktoru
B.B.Morozov
“Mejtrans” MMC-nin baş direktoru
Moskva, 16 dekabr 2003-cü il.