AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan diasporu Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladı. Heydər Əliyev xalqımızın yaddaşında müstəqil Azərbaycanın Prezidenti, bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş, ölkənin siyasi və ictimai həyatında sabitliyin təminatçısı olmuş bir şəxs kimi qalacaqdır.
Bu kədərli günlərdə əmin olduğumuzu bildiririk ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası atanız Heydər Əliyevin banisi olduğu Azərbaycanın müstəqilliyi ideologiyasına əsaslanan daxili və xarici siyasətdə uğurlar əldə edəcəkdir. Azərbaycan Sizin rəhbərliyinizlə dünyanın aparıcı dövlətlərindən biri olacaqdır – bu, Heydər Əliyevin siyasi vəsiyyətidir.
Atanızdan əxz etdiyiniz müdriklik və ədalətlilik Azərbaycan xalqının səadəti naminə fəaliyyətinizdə Sizə yol göstərəcəkdir.
Oğullar atalarının yolu ilə gedir. Hörmətli İlham Heydər oğlu, cənab Heydər Əliyev də, haqlı olaraq, Sizinlə fəxr edirdi. Yolu yol gedən dəf edər. Bu kədərli dəqiqələrdə Sizi əmin edirik ki, bütün dünya azərbaycanlıları Heydər Əliyevin arzusunu yerinə yetirərək, Sizin ətrafınızda daha sıx birləşəcəklər.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası adından, dərin kədər hissi ilə,
Akif Ağatalıbov,
Azərbaycan Mədəniyyət Mərkəzləri
Assosiasiyası idarə heyətinin sədri.
Daşkənd, 15 dekabr 2003-cü il.