AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu gün Rusiyanın Şimal paytaxtında yaşayan, ad-san qazanan azərbaycanlı müəssisə rəhbərləri, alimlər vaxtilə Heydər Əliyevin buraya təhsil almağa göndərdiyi soydaşlarımızdır.
Sizin atanızı Sankt-Peterburqla xüsusi tellər bağlayırdı. O, bu şəhərə gələndə Azərbaycan diasporunun nümayəndələri ilə görüşər, hamımızı birliyə və həmrəyliyə, Vətənimizin adını uca tutmağa çağırardı. Təsadüfi deyil ki, buradakı diasporumuz şəhərin ictimai-siyasi həyatına fəal təsir göstərə bilən bir qüvvəyə çevrilməkdədir.
Hörmətli Prezident İlham Əliyev! Əmin ola bilərsiniz ki, biz xalqımızın böyük oğlu Heydər Əliyevin tövsiyələrini bundan sonra da yerinə yetirəcək, Azərbaycanın inkişafına öz köməyimizi əsirgəməyəcəyik. Biz həmişə Sizinləyik, Heydər Əliyevin arzularının həyata keçirilməsində bizim köməyimizə ümid bəsləyə bilərsiniz.
Hamımız üçün ağır itki ilə əlaqədar Sizə və Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı verir, kədərinizə şərik olduğumuzu bildirmək istəyirik.
Hörmətlə,
Cabir Həbibov
“Hidroliz” Elmi Tədqiqat
İnstitutunun baş direktoru
Oleq Şanovalov, Sergey Kukuşkin
baş direktorun müavinləri.