AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bütün Azərbaycan xalqına üz vermiş itkinin ağrı-acısını sözlə ifadə etmək mümkün deyildir. Atanız - iyirminci əsrin ən parlaq siyasətçisi, müstəqil Azərbaycanın Prezidenti həyatdan getmişdir. “Ozan” Azərbaycan Mədəniyyəti Mərkəzinin simasında Cənubi Uralın Azərbaycan diasporu Sizə dərin hüznlə başsağlığı verir. Biz talenin hökmü ilə sevimli Vətənimizdən uzaq düşsək də, ürəyimiz orada, Sizin yanınızdadır. Biz xalqımızın sədaqətli övladları, Sizin etibarlı əməldaşlarınız olaraq qalırıq və kədərinizi bütünlüklə bölüşürük. İnanırıq ki, böyük ölkəmizin bütün xalq tərəfindən seçilən Prezidenti Azərbaycan üçün həmrəylik, tərəqqi və inkişaf rəmzi olacaqdır.
Dərin hörmətlə,
Rəfail Quliyev
“Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri
Çelyabinsk, 16 dekabr 2003-cü il.