AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük Siyasətçi və Azərbaycanın şanlı oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Volqoqrad vilayətinin Azərbaycanlı Sahibkarlar İttifaqı dərindən kədərlənir. Mərhumun ailəsinə səmimi başsağlığı veririk. O, bizim üçün, ilk növbədə, xeyirxah, həssas və qayğıkeş insan, eyni zamanda, dünya şöhrətli siyasətçi və dahi rəhbər idi. Biz Vətənimiz Azərbaycanla birlikdə kədər hissləri keçiririk. Vətənimizin tərəqqisi və sabitliyi unudulmaz Heydər Əliyevimizin rəhbərliyi ilə bağlıdır. O, bütün həyatı boyu xalqımızın ancaq tərəqqisi və firavanlığı barədə düşünmüşdür və onun ömür yolu Vətənə sədaqətli xidmətə parlaq örnək olacaqdır. Əminik ki, Heydər Əlirza oğlunun işini Azərbaycanın indiki Prezidenti, respublikamızı dünya miqyasında da layiqincə təmsil edən İlham Əliyev uğurla davam etdirəcəkdir.
Timur Həsənov
Volqoqrad vilayətinin Azərbaycanlı
Sahibkarlar İttifaqının sədri
Volqoqrad, 15 dekabr 2003-cü il.