AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə kədərli xəbər xalqımız, yer kürəsinin müxtəlif guşələrində yaşayan bütün azərbaycanlılar üçün böyük zərbə oldu.
Heydər Əlirza oğlu Əliyevin müstəqil Azərbaycan dövlətinin təşəkkülündə və inkişafında, Azərbaycanın ən yeni tarixində misilsiz rolunu qiymətləndirmək çox çətindir. Onun öz ölkəsinin, xalqının səadəti naminə möhtəşəm fəaliyyəti gələcək nəsilləri də heyran edəcəkdir.
Bu itki bir də ona görə əvəzsizdir ki, təkcə dahi rəhbər və siyasətçi deyil, həm də müdrikliyi və mehribanlığı ilə bizim hamımıza yaxın olan bir insan həyatdan getmişdir.
Dərin hüznlə başsağlığımızı qəbul edin.
Dərdinizə şərik olur və Sizinlə birlikdə kədərlənirik.
Rusiya Federasiyasının Perm vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan,
Hörmətlə,
Camal Məmmədov
Ümumrusiya Azərbaycan Konqresi
Perm şöbəsinin sədri.