AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu matəm günündə Azərbaycanın oğul və qızları adı sivilizasiya tarixinə əbədi yazılmış bir insanın tabutu önündə başlarını əymişlər. Odessa bölgəsində yaşayan azərbaycanlılar Heydər Əlirza oğlu Əliyevi -xalqların mənafeyini, daim öz xalqının taleyini düşünən bu böyük siyasətçini yaxşı xatırlayırlar və dünya miqyaslı bu insanı həmişə xatırlayacaqlar. Adını hər bir həmvətənimizin qəlbinə yazmış və Azərbaycanı fəlakətlər girdabından çıxararaq, gələcək inkişaf yoluna çıxarmış bir insan dünyasını dəyişmişdir. Öz dövrünün nəsillərinin dilində danışan, Şərqin mürəkkəb qitələrarası mənafelər düyününü açan və Azərbaycan xalqını bütün dünyada tanıdan bir insan – dahi müəllim həyatdan getmişdir. Bütün dünya birliyi onunla hesablaşırdı. Bütün odessalılar – həm qocalar, həm də gənclər Heydər Əlirza oğlu Əliyevin məzarı önündə sükut içərisində baş əyirlər. Allah ona rəhmət eləsin! Yeri behişt olsun!
Böyük hörmətlə,
Ukrayna Azərbaycanlıları Konqresinin
Odessa vilayət təşkilatı
Odessa, 15 dekabr 2003-cü il.