AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ümumrusiya Azərbaycan Konqresinin Kirov vilayət regional şöbəsi görkəmli siyasi xadim Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Heydər Əlirza oğlu 34 il ərzində bütün qüvvəsini, biliyini və təcrübəsini xalqımızın və Vətənimizin səadətinə həsr etmişdir.
O, planetimizin bütün siyasi xadimləri arasında görkəmli şəxsiyyət idi, həm xarici ölkələrin liderləri, həm də bütün dünya birliyi onunla hesablaşırdı.
Digər ölkələrin xalqları da onun fəaliyyətini yüksək qiymətləndirirdi. Dağlıq Qarabağda minlərlə insanın həyatına son qoymuş müharibənin dayandırılması bu müdrik şəxsiyyətin böyüklüyünü tam qiymətləndirmək üçün kifayətdir.
Rusiyada yaşayan biz azərbaycanlılar Sizinlə, bütün xalqımızla birlikdə bu ağır itkidən dərindən kədərlənirik.
Heydər Əlirza oğlu Əliyev həmişə bizim qəlbimizdə olmuş və bundan sonra da əbədi qalacaqdır.
Bu ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin.
R.Əfəndiyev
Ümumrusiya Azərbaycan Konqresi Kirov
regional şöbəsinin sədri.