AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Fürsətdən istifadə edərək, ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Zati-alilərinizə ən səmimi təbrikimi və ən xoş qardaşlıq arzularımı yetirir, Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına bol firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, qardaş ölkələrimiz və xalqlarımız arasındakı xüsusi əlaqələrin mövcudluğunu bir daha vurğulayır və alqışlayıram.
Zati-aliləri! Səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Qardaşınız, İki Müqəddəs Məscidin xadimi
Fəhd bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanının Kralı
Ər-Riyad, 27 may 2004-cü il.