AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu il aprelin 30-da Bakıda, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə haqqında xəbər məni sarsıtmışdır. Bizim ümumi kədərimizi artıran odur ki, bu dəhşətli cinayətin qurbanları tələbələr, həyatda çoxlu planları olan cavan adamlardır.
Sizdən xahiş edirəm, həlak olanların qohumlarına və yaxınlarına mənim səmimi başsağlığımı və təskinlik sözlərimi, zərər çəkənlərin hamısına tezliklə sağalmaq arzularımı çatdırasınız.
Dmitri Medvedev
Rusiya Federasiyasının Prezidenti