AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar Belarus xalqı adından və şəxsən öz adımdan başsağlığımı qəbul edin.
Bakıdan alınmış dəhşətli xəbər hər bir belaruslunu qəlbən sarsıtmışdır.
Sizdən xahiş edirəm, həlak olanların doğmalarının və yaxınlarının dərdinə şərik olduğumuzu, onlara başsağlığı və təskinlik sözlərimizi çatdırasınız.
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti