RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Dövlət Neft Akademiyasında günahsız insanların həyatı bahasına başa gəlmiş dəhşətli faciə nəticəsində öz doğmalarını və yaxınlarını itirmiş insanların kədərinə şərik olduğumuzu bildiririk.
Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizdən xahiş edirəm, həyatları bu cür faciəli şəkildə yarımçıq qalmış insanların valideynlərinə və ailələrinə səmimi başsağlığımızı və təskinlik sözlərimizi çatdırasınız.
Viktor Yuşşenko
Ukrayna Prezidenti