RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Aprelin 30-da səhər Azərbaycan Dövlət Neft Akademiyasında cavanların həyatına son qoymuş faciə barəsində xəbər məni olduqca sarsıtdı.
Bu kədərli və faciəli anda əzizlərini itirənlərə və xalqınıza şəxsən öz adımdan və Litva xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Həmin faciənin gətirdiyi ağrı-acı bizim hamımızı qarşılıqlı anlaşma, tolerantlıq, bir-birimizə hörmət ruhunda birləşdirmişdir. Bu kədərli gününüzdə ölkəmiz dərdinizə şərik çıxır.
Sizə və Azərbaycan xalqına bu ağır anda səbir diləyirəm.
Valdas Adamkus
Litva Respublikasının Prezidenti
30 aprel 2009-cu il.