RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Bu səhər Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş və bir çox insanın həyatına son qoymuş, onların yaxınlarının qəm və kədərinə səbəb olmuş faciəli hadisədən son dərəcə kədərləndim.
Latviya xalqı adından Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığımı qəbul etməyinizi xahiş edirəm.
Bu çətin məqamda, Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.
Kədərinizi bölüşərək,
Hörmətlə,
Valdis Zatlers
Latviya Respublikasının Prezidenti
Riqa, 30 aprel 2009-cu il