AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz qardaşım, dəyərli dostum,
Bakıdakı Dövlət Neft Akademiyasında çoxlu insanın həlak olmasına səbəb olmuş silahlı basqın hadisəsini böyük üzüntü ilə qarşıladım. Bu ağır faciə zamanı həlak olanlara öz adımdan və Türkiyə xalqı adından Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti
30 aprel 2009-cu il