AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident, dəyərli dostum,
Dövlət Neft Akademiyasında çoxlu insanın həlak olmasına səbəb olmuş silahlı basqın hadisəsini böyük üzüntü ilə qarşıladım. Bu ağır faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmağı arzulayır, mərhumların kədərli ailələrinə, dost, qardaş Azərbaycan xalqına və Sizə ən dərin hüznlə başsağlığı verirəm.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri
30 aprel 2009-cu il