RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti,
Bakıda Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli cinayətlə bağlı Azərbaycan xalqına və qətlə yetirilənlərin ailələrinə başsağlığı verirəm.
Həmin faciədə həlak olmuş əməkdaşlar, müəllim və tələbələr öz ölkələrinin parlaq gələcəyi naminə çox çalışmışlar.
Bu hadisənin onların həyatına son qoymasına baxmayaraq, həmin şəxslərin Azərbaycanın inkişafı ilə bağlı arzuları daim yaşayacaqdır.
Xahiş edirəm, dərin hüznlə başsağlığımızı qəbul edəsiniz.
Kristina Oyuland
Estoniya Parlamenti sədrinin müavini
30 aprel 2009-cu il.