AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident!
Azərbaycan Neft Akademiyasında baş vermiş dəhşətli terror hadisəsi nəticəsində universitetin bir çox müəllim və tələbəsinin həlak olması bizi dərindən kədərləndirdi.
Cənab Prezident! Mən bu terror aktını lənətləyir, Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Allahdan Sizə səbir, həlak olanlara rəhmət diləyir və yaralıların qısa bir zamanda sağalmasını arzulayıram. Azərbaycan xalqı hər zaman olduğu kimi, bu sınaqdan da mətanətlə və daha güclü çıxacaq və Sizin ətrafınızda daha da sıx birləşərək, liderliyiniz altında inamlı inkişafını davam etdirəcəkdir.
Dərin hörmət və ehtiramla,
İhsan Doğramacı
Professor, doktor
Bilkənt Universitetinin qurucusu